Sumqayıt Bələdiyyəsi yeni binada
Tarix: 01.06.2018 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Sumqayıt Bələdiyyəsinin yeni binasının açılışı olub. Şəhərin 5-ci məhəllə, Nizami küçəsində yerləşən bina əvvəllər “Azərikimya” Dövlət Şirkəti, daha sonra Yeni Azərbaycan Partiyasının Sumqayıt təşkilatının ixtiyarında olub. Ötən il Prezident İlham Əliyevin iştirakı ilə YAP Sumqayıt təşkilatı üçün müasir standartlara cavab verən yeni inzibati bina istifadəyə verilib. Bələdiyyənin isə şəhər icra hakimiyyətinin təşəbbüsü ilə bu binaya köçürülməsi barədə qərar qəbul edilib.
AZƏRTAC xəbər verir ki, qəzalı vəziyyətdə olan binada mütəxəssislərin iştirakı ilə baxış və təhlil aparıldıqdan sonra bərkitmə və əsaslı yenidənqurma işlərinə başlanılıb. Daxili konstruksiyalar, havalandırma, işıq və su xətləri yenilənib. Bina əsaslı şəkildə yenidən qurulub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov binada aparılan əsaslı yenidənqurma işləri və yaradılan şəraitlə tanış olub. Bildirilib ki, binada 36 iş otağı yaradılıb, bələdiyyə əməkdaşlarının səmərəli fəaliyyəti üçün hər cür şərait var.
Bələdiyyə üzvləri və əməkdaşlarının iştirakı ilə keçirilən toplantıda isə Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov bələdiyyənin fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, bələdiyyənin fəaliyyətində müəyyən illərdə durğunluq müşahidə edilsə də, son üç ildə şəhərdə aparılan quruculuq işlərində daha fəal iştirak etməyə çalışır.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Sumqayıt bələdiyyəsinin inzibati binasının açılışı Cümhuriyyətimizin 100 illiyi günlərinə təsadüf etməsi ilə əlamətdardır.
Diqqətə çatdırılıb ki, Azərbaycanda bələdiyyə institutunun formalaşdırılması ilk dəfə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanıb və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunub. Bələdiyyə institutunun formalaşdırılması Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb. Bu gün Azərbaycanda yerli özünüidarəetmə sisteminin təkmilləşdirilməsinə, bələdiyyə institutunun formalaşdırılmasına, bu orqanın cəmiyyətdə nüfuzunun və rolunun artırılmasına xüsusi diqqət göstərilir.
İcra hakimiyyətinin başçısı Sumqayıt Bələdiyyəsinin fəaliyyətini yüksək qiymətləndirərək, bələdiyyənin işinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı tövsiyələrini verib.
Daha sonra bələdiyyənin icra aparatının bir qrup əməkdaşı şəhərin sosial-iqtisadi həyatında səmərəli fəaliyyətinə görə şəhər icra hakimiyyətinin başçısının fəxri fərmanı ilə təltif edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər
21.03.2019
Naxçıvanda yeni məscid inşa olunur
21.03.2019
Qarabağa şölə saçan Novruz tonqalları
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info