İrəvanla bağlı daha bir filmin çəkilişlərinə başlanıldı
Tarix: 01.06.2018 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Elmi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İRƏVAN: xatirələr və etiraflar” adlı qısa metrajlı filmin çəkilişlərinə start verib. Bu haqda "Elmi Araşdırmalar" İctimai Birliyinin Mətbuat Xidmətindən məlumat verilib.
“Elmi Araşdırmalar” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycanın tarixi İrəvan şəhərinin və onun tarixi abidələrinin ermənilər tərəfindən məhv edilməsinin beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi ilə və 28 may 2018-ci ildə İrəvanın Ermənilərə güzəştə getməsinin 100-cü ildönümünə həsr edilmiş  “İRƏVAN: xatirələr və etiraflar” adlı sənədli filmin çəkilişinə başladı.
Bu barədə layihə rəhbəri Telman Qasımov məlumat verib. Onun sözlərinə görə, 100 il öncə İrəvan şəhərinin tarixi, mədəniyyət abidələri, ziyallıları və müsəlman türk əhalisinin demoqrafik vəziyyəti kəskin dəyişməyə və vandalizmə məruz qaldı: “Bir əsrdə İrəvan, şübhəsiz ki, dəyişdi. Amma onu dəyişdirən zaman, illər yox, bu şəhəri Azərbaycandan güzəşt almış ermənilər oldu. Onlar nələri bacardılarsa, məhv etdilər, yer üzündən sildilər, nələri bacarmadılarsa, adlarını dəyişdirdilər və bu yolnan insanlara unutdurmağa çalışdılar. Bu gün, 100 il sonra artıq İrəvan yox, Yerevan var. Yalnız xəritədə. tarixdə, yaddaşlarda isə İrəvan yaşayır.
Bu gün Yerevanda İrəvan adlarda, abidələrdə, küçələrdə, hər daşda və öz varlıqlarında yaşadan azərbaycanlılar da yoxdur. Amma bu gün Yerevanda ermənilər var. “İrəvan” sözünü əbədi silmək istəyən, lakin buna gücü çatmayan ermənilər”.
Qeyd edək ki, filmin çəkilməsinin məqsədi həqiqətin etirafı – yalanın ifşasıdır. Bu filmdə insanlar danışacaqlar: azərbaycanlılar və ermənilər. Azərbaycanlılar İrəvan şəhəri haqqında xatirələrini, ermənilər isə, bəlkə heç özləri də bilmədən, etiraflar edəcəklər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.06.2018
“Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşr işıq üzü görüb
14.06.2018
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Libermanla görüşüb
14.06.2018
Aşıq Kamandar yad edilib
14.06.2018
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
13.06.2018
Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info