Mikael Zolyan: “Rusiya mətbuatı Ermənistanın yeni hökumətinə hücum edir“
Tarix: 01.06.2018 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Rusiyaya yaxınlığı ilə seçilən iş adamları Ermənistanı tərk edirlər

Ermənilər baş nazir Nikol Paşinyanın Nobel sülh mükafatına namizəd təklif olunması ilə bağlı «təşəbbüs» göstəriblər. Gülünc görünsə də, onlar Paşinyanın Ermənistan cəmiyyətinə sülh və sabitlik gətirməsi ilə yanaşı, həm də regional sülh və həmrəyliyin təşəbbüskarı ola biləcəyini «əsas gətirirlər». Tarixi faktlar, həqiqətən də, bəzi şəxslərin müvəqqəti də olsa, cəmiyyətdə uğur qazandığını göstərib. Lakin . onların bu «uğurları» keçici olub, o qədər də çox davam etməyib. Səmimiyyətdən uzaq olan bu adamlar, əslində, öz ömürlərini yaşamırlar. Biz bunu Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı, həmçinin Soçidə Putinlə görüşü zamanı da gördük. O, elə ilk çıxışlarında siyasətdə təsadüfi olduğunu, səbatsızlığını nümayiş etdirdi. Maraqlıdır ki, Rusiyadan fərqli olaraq, Qərbin bəzi mətbuat orqanları Paşinyanı Ermənistanın «xilaskarı», ölkənin bütün problemlərini həll edəcək bir şəxs kimi təqdim edirlər. Təbii ki, tarix hər şeyi öz yerinə qoyur. Qərb mətbuatından fərqli olaraq, Moskvada artıq Paşinyanın kimlərinsə vasitəçiliyi ilə hakimiyyətə gətirildiyi və tezliklə öz xislətini ortaya qoyacağı barədə məlumatlıdırlar. Təsadüfi deyil ki, artıq bu mövzu ilə bağlı yazılar Rusiya mətbuatında da yer almağa başlayıb. Həqiqətsə budur ki, Rusiyanın göstərə biləcəyi təpkidən qorxan ermənilər qabaqdangəlmişlik etməyə başlayıblar.
Ermənilərin «Epress» saytında siyasətçi kimi təqdim edilən Mikael Zolyanın "Rusiya mətbuatı Ermənistanın yeni hökumətinə hücum edir" başlıqlı bir yazısı yer alıb. Yazıda deyilir ki, görünür, Rusiyanın bir çox mətbuat orqanları Ermənistanın yeni hökumətinə qarşı yeni bir hücuma başlayıblar:” Bunun arxasında kimlərin dayandığı barədə hələ heç nə demək olmaz. Bunlar Ermənistandakı sabiq hakimiyyətin və ya Azərbaycanın da lobbiçiləri ola bilərlər. Lakin görünən budur ki, eyni mesajlar müxtəlif yerlərdən gəlir».
Erməni siyasətçinin yazdığına görə, «Paşinyan o qədər də pis adam olmaya bilər, ancaq kim təminat verə bilər ki, onun ətrafında rusofoblar, vaxtilə Sorosla işləyənlər yoxdur».
Zolyanın fikrincə, Rusiya mətbuatında ermənilərə qarşı yer alan yazılarda «yalan» deyildiyi o qədər təhlükəli olmasa da, kontekstdən bəzi faktlar üzə çıxarılır və onlar üzərində yeni bir nəzəriyyə yaradırlar: «Məsələn, müdafiə naziri David Tonoyanın Ermənistanın NATO-dakı nümayəndəliyində işlədiyini deyirlər, lakin onun vaxtilə Rusiyanın hərbi-diplomatik akademiyasında oxuduğu barədə heç nə yazılmır. Hazırda Rusiya cəmiyyətində yaşanan Qərblə Rusiya arasındakı gərgin münasibətlər başadüşüləndir. Bununla yanaşı, yeni hökumətdə ruslarla əlaqə quran, rusları yaxşı bilən, ruslarla ümumi bir dil tapmağı bacaran insan çox azdır. Lakin ruslar bunu problem etməməlidirlər. Əvvəlki hakimiyyətin Rusiyadakı lobbisinin indiki halda iflasla üzləşməsi də başa düşüləndir. Onlar (Respublikaçı Partiyasının nümayəndələri nəzərdə tutulur-A. B.) artıq hakimiyyətə qayıda bilməyəcəklər və başa düşməlidirlər ki, boş yerə mübarizə aparırlar».
Erməni siyasətçini bu yazıların nəticəsi kimi, qorxudan Putin ilə Paşinyan komandaları arasındakı əlaqələrin pisləşə bilməsidir. Zolyana görə, Azərbaycan bundan dərhal yararlana bilər. Ona görə də, «bu istiqamətdə düşünmək və təcili tədbirlər görmək lazımdır. Məsələn, mənim bəzi fikirlərim var, amma bunları formalaşdırmaq üçün daha çox düşünmək lazımdır»-deyə erməni siyasətçi bildirir.

Samvel Aleksanyan qiymətlərin qalxacağı ilə bağlı hökumətə xəbərdarlıq edir

Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın daxilində də gərginlik səngimək bilmir. İqtisadi sahədə yoxlamalar biznesmenlər arasında narazılıq yaradıb.Yayılan söhbətlərə görə, daha çox Rusiya ilə bağlı olan iş adamlarının obyektləri qəfil yoxlamalara məruz qalır. Məsələn, “Aleks Holdinq”in rəhbəri Samvel Aleksanyan qiymətlərin qalxacağı ilə bağlı hökumətə xəbərdarlıq edir (Novosti Armeniya). Bildirir ki, onun obyektinə qoyulan cərimələr və yoxlamalar qiymətləri qaldıracaq. SAS supermarketlər şəbəkəsinin sahibinin qardaşı isə siyasi təzyiqlər qorxusu altında artıq Ermənistanı tərk edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.06.2018
Putin Paşinyanı alçaldıb
16.06.2018
Paşinyan rus təhdidləri ilə Avropa “imkanları” arasında qalıb
16.06.2018
“Jamanak“: “Paşinyan istefa verəcək”
14.06.2018
Paşinyan hökumətində ilk çatlar
14.06.2018
Paşinyanın təyinatı ermənilərdə hiddət doğurdu

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info