Günəşə uzun müddət baxsaq nələr olar?
Tarix: 01.06.2018 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Günəşə uzun müddət birbaşa olaraq baxmaq çox ağıllı fikir deyil, bunu hamı bilir. Bəs, o zaman gözümüzdə nələr reallaşır?
Günəş ilə əlaqədar çoxumuzun eşitdiyi məlumatlardan biri, uzun müddət baxıldığında qalıcı korluğa belə səbəb ola bilməsidir. Bəs necə olur ki, gözümüzə bu cür bir zərər dəyir?
Milli.Az bildirir ki, əvvəlcə işığın, əslində son dərəcə yüksək miqdarda enerji daşıdığını bilmək lazımdır. Lakin işıq qaynaqlarının gücü və uzaqlığı, gözümüzə çatana qədər işığın edəcəyi təsirin zəifləməsinə səbəb olur. Bu səbəbdən səmada və ya yer üzündə olsun, bəzi işıq qaynaqlarına baxmaqda problem olmadığı halda, bəziləri çətinlik yarada bilir.
Günəşə teleskopla baxarkən, zərərlərinə qarşı maneə törətmək məqsədilə xüsusi filtrlər istifadə edilir. Bu filtrlər olmadan teleskopla baxmaq, ağla gələ biləcək ən pis fikirlərdən biridir. Tək teleskopa gərək qalmadan, normal şəkildə başınızı qaldırıb uzun müddət baxsanız da, gözlərinizi məhv edə bilərsiniz.
Açıq havalarda günəş, ortalama bir lampadan tam 5000-qat daha parlaq olur. Belə bir gücə sahib günəşə yalnız bir anlığına baxıb başınızı çevirdiyinizdə, gözünüzün qarşısında bulanıq bir yumru şəklin meydana çıxdığını görərsiniz.
Bu görünüşün meydana gəlməsinin səbəbi, gözünüzdə gələn işığa dair məlumatları işləyən hüceyrələriniz və bu əməliyyatlar sonrasında istifadə edilən zülalların, sıx işıq bombardmanı nəticəsində sanki qısa dövrə edərək zərər görməsindən qaynaqlanır. Gözdə ağrı qəbulediciləri də olmadığı üçün, hər hansı bir şəkildə ağrı hiss etmirsiniz, lakin bulanıq görünüş bir müddətə gözünüzün qarşısında qalır.
Əgər baxmağa uzun müddət davam etsəniz, gözünüzə həddindən artıq yükləmədən daha çoxunu edirsiniz. Hər şeydən əvvəl, anormal dərəcədə yüksək miqdarda şüa gözünüzün ön qisimindəki qişanı yandırır və bu hadisə çox iti bir ağrı hiss etmənizə də səbəb olur. Çünki qişada, gözün geri qalanının əksinə ağrı qəbulediciləri var, tam olaraq bu sayədə gözünüzə bir şey dəyəndə ağrı hiss edirsiniz.
Sıx miqdardakı işıq qişada toxumalara ziyan verir və gözünüzdə işığın bir daha normal şəkildə işlənməməsinə səbəb olur.
Məruz qalınan müddət artdıqca, aldığınız ziyanların yaxşılaşma müddəti də gedərək uzanır və bəzən illərlə çəkə bilər. Çox nadir vəziyyətlərdə isə, gözünüz bir daha əsla yaxşılaşmaya bilər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Yemiş yeyəndə tumlarını atmayın
22.06.2018
İllik gəliri milyonları keçən tanınmış həkimlər
21.06.2018
İnsan nəfəsindən xəstəlikləri müəyyən etmək olacaq
21.06.2018
Yemək yeyərkən bunları etməyin!
21.06.2018
Videooyunlardan asılılıq xəstəliklər siyahısına daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9450

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info