Artırılmış və virtual reallıq bazarında ikiqat artım gözlənilir
Tarix: 01.06.2018 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


“IDC” şirkətinin analitikləri artırılmış və virtual reallıq (“AR” və “VR”) həlləri bazarında təxminən ikiqat artım proqnozlaşdırır. Hələlik belə texnologiyalar əsasən istehlakçılar tərəfindən istifadə olunur, amma biznes seqmenti də tədricən belə həllərə maraq göstərir.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin gözləntilərinə görə, 2018-ci ildə AR/VR sahəsində avadanlıq, proqram təminatı və xidmətlərə sərf ediləcək qlobal xərclər ötən illə müqayisədə 92% artaraq 27 milyard dollar təşkil edəcək. 2017-2022-ci illərdə bu bazarın həcmi ildə təxminən 71,6% artacaq.
Yaxın 5 ildə istehlak seqmenti artırılmış və virtual reallıq bazarının ən böyük seqmenti olaraq qalacaq. 2022-ci ilədək istehlak bazarında AR və VR ilə bağlı qurğu, proqram təminatı və xidmətlərə sərf ediləcək qlobal xərclərin həcmi 22 milyard dollara yaxınlaşacaq.
Nəqliyyat sahəsi, pərakəndə sektor və diskret istehsal müəssisələrində bu texnologiyalara xərclərin həcmi 56 milyard dollar təşkil edəcək.
Ən böyük artım tempi (ildə 119,3%) pərakəndə seqmentində qeydə alınacaq. Bundan başqa, virtual və artırılmış reallıq sahəsində həllər film və televiziya verilişləri istehsalı, laboratoriya tədqiqatları və texniki xidmət kimi sahələrdə geniş tətbiq ediləcək.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bəzi ölkələrdə vəhşi heyvanların sirkdə çıxışı qadağandır, bəs Bakı sirkində?
24.09.2018
Yaponiya şirkətləri plastiklərə alternativ hazırlayır
22.09.2018
Alkoqol dünyada hər il 3 milyon insanın həyatına son qoyur
18.09.2018
Aya uçacaq ilk turist o oldu - 42 yaşlı milyarder kimdir?
17.09.2018
Britaniyalı alimlər “ağıllı şalvar“ hazırlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info