“Etlaat Rooz”: “Azərbaycan hər zaman siyasi dialoq yolu ilə sülhə hazır olduğunu bəyan edib”
Tarix: 02.06.2018 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Yasir Rəşid: “Dağlıq Qarabağ müharibəsi regionda və beynəlxalq sistemdə bir çox nəticələrə səbəb olub”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi əcnəbi jurnalistlərin də diqqət mərkəzindədir. Azərbaycanın haqq səsini müdafiə edən bir çox xarici jurnalistlər yaşadıqları ölkələrin KİV-lərində Qarabağ mövzusunda məqalələr çap etdirirlər. Bu yazılarda Ermənistanın təcavüzkar siması açılır və işğalçı ölkə olduğu vurğulanır. Qeyri-azərbaycanlılar tərəfindən belə məqalələrin yazılması bir daha sübut edir ki, ermənilərə qarşı beynəlxalq aləmdə də mənfi münasibət var. Belə məqalələrdən biri də Əfqanıstanın “Etlaat Rooz” qəzetində “Qarabağ problemi; Azərbaycan Qafqazda daimi sülh istəyir” başlığı ilə dərc olunub. Məqalənin müəllifi isə əfqanıstanlı gənc politoloq, jurnalist və tərcüməçi Yasir Rəşiddir. Xatırladaq ki, Yasir Rəşid Əhməd Yasəvi adına Beynəlxalq Qazaxıstan-Türk Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin tələbəsidir. Əvvəllər Qazaxıstan Memarlıq və İnşaat İnstitutunun Memarlıq fakültəsində təhsil alıb. Qazaxıstanda Gənclər Tərəfdaşlığı Şəbəkəsinin koordinatoru kimi UNFPA-nın ofisində çalışır. Türk, rus, ingilis və fars dillərini bilir və gələcəkdə diplomatiya sahəsində çalışmaq istəyir.
“Dünyada etnik qarşıdurmalar 21-ci əsrdə də davam edəcək”
Yasir Rəşid məqalədə bildirir ki, Sovet İttifaqının dağılmasından sonra Qafqazda etnik münaqişələr və böhranlar baş verib: “Qafqazda münaqişələrin həlli vacib bir məsələdir. Lakin bir çox elm adamları inanırlar ki, 21-ci əsr, ötən əsrdə olduğu kimi, yenə də etnik qarşıdurmalar arenası olacaq. Yəqin ki, gələcəkdə etnik böhran yayılacaq və beynəlxalq sistem siyasi və təhlükəsizlik sahəsində daha çox qarşı-qarşıya gələcək. Bu proqnozu qəbul edəriksə, Sovet İttifaqından miras qalan respublikaların, xüsusilə də Qafqaz regionunun müxtəlif aspektlərində araşdırmaq üçün mövzular var”.

“Dağlıq Qarabağ Cənubi Qafqaz bölgəsində, Azərbaycan torpaqlarında yerləşir”

Məqalədə müəllif “Qarabağ haradadır?”, deyə qeyd edərək bu bölgənin coğrafi mövqeyi və etimologiyası haqqında məlumat verib: “Dağlıq Qarabağ Cənubi Qafqaz bölgəsində, Azərbaycan torpaqlarında yerləşir. Qafqazın cənub hissəsi uzaq keçmişdən günümüzə qədər əhəmiyyətli bir regiondur. Bu ad "qara" və "bağ" sözlərinin birləşməsindən yaranıb. Türkcə isə "qara" sözü siyah və böyük, "bağ" isə bağça mənasındadır.
Bu ad ilk dəfə 12-ci əsrin sənədlərində göstərilib. Bundan əlavə, əhalinin ən erkən yaşayış yerlərindən biri Dağlıq Qarabağ dağlarında "buz mağarası" olub.
Kommunist rejimi dövründə Dağlıq Qarabağ regionu Azərbaycan Respublikasına bağlı muxtar vilayət kimi mövcud olmuşdu.”
Yazıda müəllif 1988-ci ildə Ermənistan Respublikası ərazisində olan minlərlə azərbaycanlının zorla öz vətənlərini tərk etmək məcburiyyətində qalmalarına da toxunub: “Hərçənd 1905 və 1923-cü illərdən etibarən azərbaycanlılar bu ərazilərdən köçürülmüşdür, amma bu tendensiya 1948-ci ildə gücləndi və 1953-cü ilə qədər, yəni Stalinin ölümünə qədər davam etdi. Qarşıdurmalar SSRİ-nin son rəhbəri Qorbaçovun dövründə, 1988-ci ildən daha da gücləndi. Amma rəsmi olaraq 1991-ci ildə keçmiş Sovet İttifaqının süqutundan sonra Azərbaycan və Ermənistan adlı iki ölkə meydana gəldi və müstəqillikdən sonra Dağlıq Qarabağda hərbi qarşıdurmalar başladı”.

“Region Ermənistanın işğalı altındadır”
Məqalədə qeyd olunur ki, 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunub: “Qarabağ problemi həm Azərbaycan, həm də Ermənistan üçün bir çox insan və maliyyə itkisinə gətirib çıxarıb. Münaqişə nəticəsində minlərlə insan ölüb, yaralanıb, qaçqın və məcburi köçkün olub. Bu baxımdan Azərbaycan ən yüksək rəqəmə sahibdir.
Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlar Azərbaycan torpaqlarının 20 faizini təşkil edir. Münaqişənin başlanğıcından bəri bu region Ermənistanın işğalı altındadır. Qarabağ məsələsi beynəlxalq sistemdə, etnik və dini münaqişə deyil, regional münaqişə kimi siyasi bir dilemma halına gəlmişdir. Bu qarşıdurmalar nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu, yəni ölkənin təxminən 20 faizi ermənilər tərəfindən işğal olunub, bir milyondan artıq insan öz doğma torpaqlarından qaçqın və məcburi köçkün edilib. Bu insanlar, hələlik Azərbaycanın müxtəlif regionlarında yaşayırlar”.
“Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməyib”
Y.Rəşidin fikrincə, Dağlıq Qarabağ müharibəsi regionda və beynəlxalq sistemdə bir çox nəticələrə səbəb olub: “Bütün ölkələr Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini bəyan edib. BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası, Avropa Birliyi, Avropa Parlamenti, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və digər onlarla nüfuzlu beynəlxalq təşkilatlar da Dağlıq Qarabağın işğalı problemi ilə bağlı bir çox qərarlar qəbul ediblər. Amma bütün bu qərarlar hələ də kağız üzərində qalıb və indiyə qədər münaqişəni həll etmək üçün praktik olaraq atılmış bir addım yoxdur. Ermənistana hər hansı bir sanksiya tətbiq edilməyib. Ayrıca Dağlıq Qarabağın işğalı məsələsi və ermənilərin qırğınları ilə əlaqədar kimsə həbs edilməyib”.
“Azərbaycan dəfələrlə Qafqaz bölgəsində daimi bir sülh istədiyini ifadə edib”
Məqalədə bildirilir ki, atəşkəs elan olunduqdan bu yana Azərbaycan dəfələrlə Qafqaz bölgəsində və xüsusilə Cənubi Qafqazda daimi sülh istədiyini ifadə edib: “Azərbaycan hər zaman siyasi dialoq və regional razılaşma yolu ilə sülhə hazır olduğunu bəyan edib. Amma, təəssüf ki, bölgədəki supergüclər və xarici müdaxilə səbəbilə müəyyən bir nəticə yoxdur. Azərbaycan dəfələrlə bəyan edib ki, bölgənin sülhü üçün Qarabağ ermənilərini Azərbaycan vətəndaşı olaraq qəbul etməyə hazırdır və bir vətəndaşı olaraq onlara bütün azadlıqlar veriləcək. Siyasi dialoq yolu açılıb və hazırlanıb. Amma pərdə arxasında bu problemin həll edilməsini istəməyən regional və qlobal güclər var”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info