“İsrail və Azərbaycan arasındakı əlaqələr dostluq münasibətləri üzərində qurulub”
Tarix: 02.06.2018 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb. “Hörmətli cənab Prezident, əziz dost. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması münasibətilə İsrail hökuməti və xalqı adından səmimi təbriklərimi qəbul edin. Bu çox əlamətdar tarixi hadisəni qeyd etdiyiniz bir zamanda mən Sizə və Azərbaycan xalqına davamlı inkişaf, rifah və uğur arzu edirəm. İsrail və Azərbaycan arasındakı əlaqələr, sadəcə, qarşılıqlı maraqlar üzərində deyil, eləcə də iki qədim xalq arasında mövcud olan dərin və davamlı dostluq münasibətləri üzərində qurulub. Ötən il İsrail və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdi. Bizim münasibətlərimiz bir-birinin inancına və adət-ənənəsinə hörmətlə yanaşan və daha firavan və təhlükəsiz gələcək təmin etmək üçün birgə çalışan müsəlmanların və yəhudilərin unikal tərəfdaşlığıdır. Ölkələrimiz ticarət və enerjidən kənd təsərrüfatı və terrorla mübarizəyə kimi xalqlarımız üçün böyük əhəmiyyət kəsb edən bir sıra sahələrdə əməkdaşlıq edir. 2016-cı ilin dekabr ayında Bakıya səfərimi və mənə göstərdiyiniz isti və gözəl qonaqpərvərliyi heç zaman unutmayacağam. Sizin göstərdiyiniz qonaqpərvərliyə yaxın gələcəkdə Yerusəlimdə eyni qonaqpərvərliklə cavab verəcəyimə ümid edirəm. Bir daha Sizi 100 illik yubileyiniz münasibətilə təbrik edirəm”. Monteneqro Prezidenti Milo Cukanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç də Prezidenti təbrik ediblər.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”
15.02.2019
Ermənistandan azərbaycanlıların qovulması və yəhudilərin köçü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info