Əli Kərimlinin xaricdən göndərilən vəsaiti mənimsəməsi müxalif düşərgədə qalmaqal yaradıb
Tarix: 01.06.2018 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


20 ildən çoxdur ki, Qərbdə, eləcə də dünyanın ayrı-ayrı bölgələrində, güc mərkəzlərində bəzi antiazərbaycan dairələr ölkəmizdə siyasi böhranın yaradılmasının qeyri-mümkünlüyünün səbəblərini axtarmaqla məşğuldur. Bunun üçün, hətta müəyyən layihələr həyata keçirilir, “beşinci kolon”, siyasi partiyalar, ayrı-ayrı fərdlər, son zamanlar isə sosial şəbəkələr vasitəsilə Azərbaycan cəmiyyətinin “nəbzini yoxlayırlar”, kütlə psixologiyasına təsir etməyə çalışırlar. Bütün bunların reallaşdırılması üçün isə, heç şübhəsiz ki, külli miqdarda pullar tələb olunur. Pul alan, qrantlarla, çirkli maliyyələrlə hərəkət edən siyasi qüvvələr də, təbii ki, maliyyə ayıranın verdiyi sifarişə uyğun “rəqs etməli”dir.
Son illərdə isə Azərbaycan müxalifətində belə sifarişlə, xaricdən ayrılan maliyyə vəsaitləri ilə fəaliyyətlərə daha çox rast gəlinir. Müxalifət partiyalarından olanlar və onlara yaxın olan bir sıra şəxslər, hətta xaricdən ölkəyə qanunsuz valyuta gətirən zaman da həbs olunublar. O da bəllidir ki, ən çox xaricdən ayrılan vəsaitlər hesabına hərəkət edən müxalif qüvvələr “milli şura”da təmsil olunanlar, konkret olaraq Əli Kərimlidir. Əli Kərimli ölkədə aparıcı müxalif qüvvənin onlar olduğunu sübut etmək, eləcə də gizli yollarla külli miqdarda pullar qazanmaq üçün, ya siyasi miqrant biznesi qurur, ya da mitinqlər təşkil edərək Qərbdəki bəzi dairələrin “təşəkkürü”nü qazanır. Əslində, son zamanlar onlara ciddi rəqiblər də peyda olub. Yeni qüvvələr-xaricdə yaşayan bir qrup siyasi mühacirlər və “REAL” da bu sıradandır. Görünür, bu səbəbdəndir ki, Əli Kərimli və Cəmil Həsənli tez-tez ya “Meydan” TV-nin, siyasi mühacir Nahid Səfərov kimilərin, ya da “REAL”-ın bostanına daş atır, onların, az da olsa, olan sosial bazasını dağıtmağa çalışırlar.
Bəs özləri necə? “Süddən çıxmış ağ qaşıq”dırlarmı? Axı hər kəsə bəllidir ki, “Məhsul” stadionunda təşkil edilən ardıcıl uğursuz mitinqlər böyük pullar hesabına baş tutdu. Yəni təşkilati işlər, bayraqlar, şüarlar yazılan plakatlar, pula ehtiyacı olan bəzi şəxslərin on manata və s. məbləğlərlə stadiona gətirilməsi bütün bunları deməyə əsas verir. Yoxsa adi bir partiya sədrində haradaydı o pullar? Burada, yuxarıda da qeyd edildiyi kimi, həm pul qazanmaq hərisliyi amili var, həm də bəzi mərkəzlərin “Məhsul”u təcrübə laboratoriyasına çevirməsi, sosial-psixoloji tədqiqatlarını nəinki sosial şəbəkələr üzərindən, həmçinin belə mitinqlərlə də aparılması amili. Yeri gəlmişkən, mitinqlərdə çıxış edənlərin hakimiyyət əleyhinə çağırışlar etməsi, yalan xarakterli məlumatları təkrar-təkrar söyləməsi ilə ictimai şüura təsir və təzyiq edilməsi də eyni məqsədlərin tərkib hissəsidir. Xaricdəki bəzi dairələr təkcə ayrılan pulların insanların aksiyalara daha çox gəlib-gəlməməsinə xidmət etdiyini araşdırmır, onlar eyni zamanda ictimai şüura belə radikal çağırışların hansı formada təsir etməsini də araşdırır.
O da bəllidir ki, xaricdən zaman-zaman xeyli maliyyə alan Əli Kərimli “milli şura”nın təşkil etdiyi aksiyaların uğursuz olduğunu anlayaraq radikal dindarları da dəstəkləməyə başlayıb.
Xatırladaq ki, indiki “milli şura” yaranan vaxtlarda da ciddi maliyyə qalmaqalları yaşanmışdı. Hələ o vaxt “milli şura” layihəsinə ötürülən pul axınına nəzarət etmək üçün AXCP-çilər “ şura” sədrliyinə Rüstəm İbrahimbəyovun gətirilməsi üçün ciddi cəhd göstərdilər. Bu, alınmadıqda isə onunla yaxın dostluq əlaqələrinə malik Cəmil Həsənlinin seçilməsinə nail oldular. Müəyyən olundu ki, həmin vəsaitlər Əli Kərimli tərəfindən partiya funksionerlərindən gizlədilib və mənimsənilib. Vəsaitin əksər hissəsi Əli Kərimlinin şəxsi ehtiyaclarına sərf olunub. Yoxsa biznesi, güclü gəlir yeri olmadığını iddia edən biri xaricdə təmtəraqla övlad oxuda bilməzdi. Özünə dörd-beş mühafizəçi, sürücü və digər xidmətlər göstərən “komanda” saxlamazdı.
Qısası, bu kimi hallar nəinki cəbhəçilər və “milli şura”da təmsil olunanlar arasında, ümumilikdə müxalifət düşərgəsində ciddi narazılıqla qarşılanıb. Odur ki, yaxın vaxtlarda müxalif düşərgədə yeni qalmaqalların olmasını müşahidə etsək, təəccüblənmərik. Bir sözlə, Rusiyadan müxalifətə göndərilən 400 min dollardan artıq vəsaitin çox hissəsinin Əli Kərimli tərəfindən mənimsənilməsi olayı aranı qarışdırıb. Araşdırmalar bitəndən sonra, daha sürpriz faktların şahidi olacağıq.
Maraqlı olan cəhətlərdən biri də budur ki, siyasi mövqelərinə görə ölkədə özlərini Qərbpərəstlər kimi tanıdan AXCP-çilərə maliyyə niyə Rusiyadan gəlsin axı... Hamıya bəllidir ki, bu gün Rusiya ilə Qərbin münasibətləri o qədər də ürəkaçan deyil. Belə olan halda, Qərbin hakimiyyətə daşımaq istədiyi qüvvəyə vəsait nədən Rusiya vasitəsilə ötürülsün? “Milli şura»nın da Rusiya layihəsi olmasını nəzərə alsaq, o zaman belə qənaətə gəlmək olar ki, bu adamlar haradan pul gəlirsə, o tərəfə də işləyirlər.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
“Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir”
24.06.2018
Rusiya Dövlət Dumasının sədri rəsmi səfərə gəlir
22.06.2018
“Azərbaycan Ordusu torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək imkanındadır”
22.06.2018
“Cənub Qaz Dəhlizi enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır”
22.06.2018
Zakir Həsənov: “Ermənistan ilə Azərbaycan arasında hərbi balans bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9460

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info