Timur Əsgərov “Cəvahirat” baletində çıxış edəcək
Tarix: 02.06.2018 | Saat: 10:13:00 | E-mail | Çapa göndər



İyunun 10-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında xoreoqraf Corc Balançinin “Cəvahirat” baleti nümayiş etdiriləcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, “Mariya-2” səhnəsində nümayiş olunacaq səhnə əsərində brilyant qaşa aid partiyanı həmvətənimiz Timur Əsgərov təqdim edəcək.
Corc Balançin üç hissədən ibarət bu baletdə zümrüd qaşların partiyasında Qabriel Forenin, yaqutlarda İqor Stravinskinin, brilyantların partiyasında Pyotr Çaykovskinin musiqisindən istifadə edib. Bu hissələr ümumi ideya ətrafında birləşir və yalnız bütöv halda əsl mənasını kəsb edir. Balet artistlərinin kostyumları, o cümlədən zümrüd qaşların yaşıl rəngdə uzun ətəkləri, yaqutların müvafiq qaşın rəngində qısa ətəkləri, brilyantların şəffaf parçadan klassik ətəkləri üç mədəniyyəti, üç balet dövrünü, üç növ balet artisti görkəmini təcəssüm etdirir.
Əsərin dünya premyerası 1967-ci il aprelin 13-də Nyu-Yorkda olub.




 
Bölməyə aid digər xəbərlər
14.06.2018
“Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşr işıq üzü görüb
14.06.2018
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Libermanla görüşüb
14.06.2018
Aşıq Kamandar yad edilib
14.06.2018
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
13.06.2018
Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info