“…İrəvan Kremlin icazəsi olmadan qərar belə qəbul edə bilməzdi”
Tarix: 02.06.2018 | Saat: 14:15:00 | E-mail | Çapa göndər


İndi ermənilər ilk addımı Moskvadan gözləyirlər

Tezliklə Rusiya xarici işlər naziri Sergey Lavrovun ermənistanlı yeni həmkarı Zöhrab Mnatsakanyanla görüşü olacaq. Ermənilərin “1in.am” saytının məlumatına görə. görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları da müzakirə olunacaq.
Saytın yazdığlna görə, Ermənistandakı məxmər inqilabından sonra erməni-rus münasibətləri, xüsusi olaraq, diqqət mərkəzindədir. Məxməri inqilabın xarici siyasət kontekstinə malik olmadığını bildirən sayt, bunun erməni-rus münasibətlərinin keyfiyyətinə və gündəminə təsir göstərə biləcək dəyişikliklərə gətirdiyini də etiraf edir:
“Məxməri inqilab, ilk növbədə, Ermənistanın subyektivliyini artırdı ki, bu da İrəvanın müstəqil xarici siyasət həyata keçirməsinin mümkünlüyünü bərpa etdi. Bu, tərəfdaşlıq komponentinin gücləndirilməsi ilə Ermənistan-Rusiya münasibətlərinin ciddi transformasiyasını nəzərdə tutur.
Ermənilərin gec də olsa, anladıqlarlna görə: “Strateji tərəfdaşlıq vassalıq təzahürü istisna olmaqla, ikitərəfli maraqlar oxu üzərində qurulmalıdır. Lakin etiraf edilməlidir ki, son 20 ildə İrəvan bütün bunlardan məhrum edilmişdi. Yəni hətta beynəlxalq təşkilatlardakı inteqrasiya layihələrini də İrəvan Kremlin icazəsi olmadan həyata keçirə bilməzdi”. Bunları da ermənilərin dilindən etiraf edən sayt daha sonra yazır: “Bu gün Ermənistanda əvvəlki hakimiyyətdən qalma cinayət-oligarxik sistemin dağıdılması prosesi gedir. Ermənistan institusional səviyyədə ölkədə rus vassallığı dövründə formalaşmış sistemlə müarizəyə qalxıb. Maraqlıdır, İrəvanda baş verməkdə olan dəyişikliklər, görən, Moskvada necə qarşılanacaq? Yəni Moskvanın bu dəyişikliklərə necə mənalı bir şəkildə cavab verəcəyi hələ ki, məlum deyil. Lakin bu, bir həqiqətdir ki, hər hansı bir ölkənin xarici siyasəti institusional olaraq həmi ölkənin daxili siyasətinin davamlılığı kimi dəyərləndirilir”.
Bəzi beynəlxalq ekspertlər, təbii ki bunların erməni oldugu istisna deyil, hazırda Ermənistan-Rusiya münasibətlərindəki “narazılıqları” daha çox rus silahlarının Azərbaycana göndərilməsi ilə əlaqələndirirlər. Yəni Moskva yeni reallıqları qəbul etməyə hazır olsa, onda Azərbaycana silah tədarükünü dayandırılmalıdır. Moskva ilə Bakı arasındakı enerji daşıyıcıları mövzusunda yaranmış “rəqabət”i , iki ölkə arasındakı əlaqələrdə meydana gələn “böhran” kimi qələmə verən ermənilər bunun Azərbaycana silah tədarükündə Rusiyanın mövqeyinə təsir edə biləcəyini düşünürlər. Lakin bütün bunların heç bir əsası olmadığını Rusiya prezidenti Vladimir Putin də bu günlərdə mətbuata verdiyi açıqlamada etiraf edib. Lakin ermənilərin iddiaları böyükdür. Onlar Rusiyanın Azərbaycana silah tədarükünün dayandırmasını. erməni-rus strateji münasibətlərinin simvolik başlanğıcı ola biləcəyini yazırlar.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
17.06.2018
Putin Paşinyanı alçaldıb
16.06.2018
Paşinyan rus təhdidləri ilə Avropa “imkanları” arasında qalıb
16.06.2018
“Jamanak“: “Paşinyan istefa verəcək”
14.06.2018
Paşinyan hökumətində ilk çatlar
14.06.2018
Paşinyanın təyinatı ermənilərdə hiddət doğurdu

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info