Naxçıvan şəhərdaxili avtomobil yolları yenidən qurulacaq
Tarix: 02.06.2018 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Heydər Əliyev siyasəti bu gün Azərbaycanda yaşayır, davam edir, əbədi yaşamalıdır və yaşayacaqdır. Biz bu siyasətin gözəl nəticələrini ölkəmizin hər bir yerində görürük, o cümlədən Naxçıvan Muxtar Respublikasında”.
Ulu Öndərin siyasi xəttinin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafını təmin edib. Muxtar respublikada iqtisadi inkişafın başlıca şərtlərindən və sosialyönümlü tədbirlərdən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Naxçıvan şəhərdaxili avtomobil yollarının yenidən qurulması da bu sahədə görülən işlərin davamıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərdaxili avtomobil yollarının yenidən qurulması layihəsinə baxıb.
Məlumat verilib ki, layihə Naxçıvan şəhərinin Heydər Əliyev prospektini, o cümlədən 20 küçə və məhəlləni əhatə edəcəkdir. Yenidən qurulacaq avtomobil yollarının ümumi uzunluğu 25 kilometrdir. Dörd və altı hərəkət zolağından ibarət şəhərdaxili yollara keyfiyyətli və dayanıqlı yeni asfalt örtük salınacaq, piyadaların və nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin ediləcəkdir. Eyni zamanda, yenidənqurma işləri aparılarkən yol-tikinti qaydaları diqqətdə saxlanılacaq, yollarda lazım olan bütün infrastruktur yaradılacaq, yol nişanları yenilənəcəkdir.
Ali Məclisin Sədri tikinti işlərinə başlanması, mühəndis-texniki tələblərə əməl olunması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar verib.




 
Bölməyə aid digər xəbərlər
15.06.2018
“Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı var“
14.06.2018
Avtovağzallara pasportlar təqdim edilib
14.06.2018
Gələn il Xaçmazda toxum emalı fabriki istifadəyə veriləcək
13.06.2018
“Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda zona müşavirəsi
13.06.2018
Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info