“Challenge Trophy” yarışının finalçıları müəyyənləşib
Tarix: 03.06.2018 | Saat: 12:04:00 | E-mail | Çapa göndər


Bosniya və Herseqovinanın Tuzla şəhərində 2000-2001-ci il təvəllüdlü qızlar arasında keçirilən “Challenge Trophy” yarışının finalçıları məlum olub.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarımfinalda Lüksemburq həndbolçularını 32:20 hesabı ilə məğlub edən Belçika komandası adını finala yazdırıb. Onun rəqibi Estoniya yığmasından 30:24 hesabı ilə üstün olan Bosniya və Herseqovina kollektivi olacaq . Lüksemburq və Estoniya milliləri öz aralarında turnirin üçüncü yer sahibini müəyyənləşdirəcəklər.
Çarpaz oyunlarda Azərbaycan həndbolçuları Moldova təmsilçiləri ilə üz-üzə gəliblər. Görüş moldovalıların 32:22 hesablı üstünlüyü ilə yekunlaşıb. "KSPC Mejdan"da keçirilən matçın baş hakimləri Bosniya və herseqovinalı İvan Dzolic və İvan Sarac olub. Avropa Həndbol Federasiyasını isə rusiyalı Luidmila Bodnieva və avstriyalı Helmut Ville təmsil edib.
Günün digər qarşılaşmasında isə Kipr yığması turnir ərzində ilk qələbəsini Böyük Britaniya millisi üzərində qazanıb - 24:19.
Beləliklə, təsəlliverici görüşlər çərçivəsində Moldova-Kipr, Azərbaycan-Böyük Britaniya oyunları keçiriləcək. Bununla da müvafiq olaraq 5-6 və 7-8-ci yerlərin sahibləri müəyyənləşəcək.
Turnirə iyunun 3-də yekun vurulacaq.




 
Bölməyə aid digər xəbərlər
24.06.2018
“Rusiya 2018“: Almaniya İsveç millisini məğlub edib
23.06.2018
DÇ-2018: Cənubi Koreya – Meksika - 1:2
23.06.2018
DÇ-2018: Belçika Tunisə 5:2 hesabı ilə qalib gəlib
23.06.2018
Serbiya – İsveçrə - 1:2
23.06.2018
DÇ-2018: Nigeriya – İslandiya - 2:0

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9450

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info