Aya ilk turist uçuşu təxirə salınıb
Tarix: 04.06.2018 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


“SpaceX” şirkəti Ay orbitinə ilk kosmik turistlərin uçuş vaxtını təxirə salıb.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, startın 2018-ci ilə planlaşdırılmasına baxmayaraq şirkət səbəblər açıqlamadan onu 2019-cu ilin ortalarına keçirib. Bununla yanaşı, gələcəkdə uçuş vaxtının növbəti dəfə dəyişdirilməsi istisna edilmir.
“SpaceX” nümayəndəsi Ceym Qlison uçuşun təxirə salınması faktını təsdiq edərək bildirib ki, şirkət Yer peykinə turist uçuşları ilə bağlı planlarından imtina etməyi düşünmür.
Qeyd edək ki, “Space X” şirkətinin təsisçisi İlon Mask “Big Falcon Rocket” (BFR) sisteminin layihəsini 2017-ci ilin sentyabrında təqdim edib. Sistemə yüksək ağırlıqlı çoxdəfəli raket (birinci pillə) və 100 nəfərlik sərnişin tutumuna malik pilotlu hava gəmisi (ikinci pillə) daxildir. O, yerətrafı uçuşlar, kosmik aparatların buraxılışı, eləcə də Ay və Marsa missiyalar üçün nəzərdə tutulub. Son nəticədə layihənin “Space X” şirkətinin bütün mövcud və yaradılan raket və gəmilərini əvəz edəcəyi planlaşdırılır.
Şirkət nümayəndələrinin sözlərinə görə, 10 il ərzində istifadəyə veriləcək “BFR”, həmçinin Yer hüdudlarında və ya Marsa təxminən 100 nəfərin daşınmasına hesablanacaq. Plana görə, nəqliyyat sistemi insanı təqribən 1 saata Yer kürəsinin istənilən guşəsinə çatdıracaq. Biletin qiyməti isə Transatlantik təyyarə uçuşları üçün ekonom sinfindən baha, biznes sinfindən isə ucuz (bir neçə min dollar) olacaq.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Qlobal istiləşmənin səbəbi Günəşlə bağlı deyil
23.03.2019
Tanınmışların “əkiz tayları“
22.03.2019
Qadınlar niyə kişilərdən çox yaşayır?
22.03.2019
Toyuğu bişirməzdən əvvəl yumayın
22.03.2019
Yeni Zelandiyanın Xarici İşlər naziri müğənni Haluk Leventə təşəkkür etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info