Nizami Gəncəvi Beynəlxalq Mərkəzi əlaqələrini genişləndirəcək
Tarix: 04.06.2018 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov Mərkəzin fəaliyyətinin həmsədr Vaira Vike-Freyberqanın rəhbərliyi altında daha da genişləndirilməsi ilə əlaqədar məsələlərin müzakirəsi üçün Latviyada bir sıra görüşlər keçirib.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, Latviyanın sabiq prezidentləri - həmsədr Vaira Vike-Freyberqa, Andris Berzins, Valdis Zatlers, keçmiş baş nazir Laimdota Straujuma ilə keçirilən görüşlərdə təşkilatın ötən dövrdəki fəaliyyəti, həyata keçirilən layihələr haqqında danışılıb. Görüşlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müxtəlif beynəlxalq təşkilatlar və siyasi klublarla əməkdaşlığının daha da dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi də aparılıb, 2019-cu ildə keçirilməsi nəzərdə tutulan VII Qlobal Bakı Forumuna hazırlıq məsələləri müzakirə olunub. Həmçinin Qlobal Bakı Forumunun əhəmiyyətindən, dünyanı narahat edən problemlərin həllinə verdiyi töhfələrdən danışılıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin daha da gücləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı təklif və ideyalar müzakirə olunub. Azərbaycan dövlətinin Mərkəzin fəaliyyətinə verdiyi dəstək minnətdarlıq hissi ilə vurğulanıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.06.2018
“Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşr işıq üzü görüb
14.06.2018
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Libermanla görüşüb
14.06.2018
Aşıq Kamandar yad edilib
14.06.2018
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
13.06.2018
Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info