“Paşinyan hökumətə qərbyönümlü kadrları təyin edir”
Tarix: 04.06.2018 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


“Artyom Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala cavabının sonradan təhrif edilməsi təəssüf doğurur”

“Cənub Qaz Dəhlizi qlobal bir layihədir və dünyanın enerji xəritəsini dəyişir. Ona görə də Donald Tramp Prezident İlham Əliyevə məktubunda Türkiyə və Avropanın qaz təchizatında Azərbaycanın mühüm rolunu qeyd edib və Azərbaycan-ABŞ əməkdaşlığının davam etdirilməsini vurğulayıb. Bu isə təbii ki, ermənipərəst konqresmenləri razı sala bilməz. Çünki onlar həmişə Ermənistanı himayələrində saxlayırlar. Məhz həmin konqresmenlərin səyi nəticəsində dünyanın Dağlıq Qarabağ münaqişəsindən xəbəri olmayan vaxtlarda Amerika 907-ci düzəlişi qəbul etmişdi və guya, Azərbaycanın Ermənistanı blokadada saxladığını bildirmişdilər" (Trend).
T.Kərimli hesab edir ki, konqresdə ABŞ Prezidentinin mövqeyinə qarşı çıxanlar olsa da, Ağ Ev Azərbaycanla əməkdaşlığın əhəmiyyətini başa düşür: "Trampın Azərbaycanla əməkdaşlığa müsbət yanaşdığı məlumdur. Ona görə də iki ermənipərəst konqresmenin fikirləri ABŞ Prezidentinin fikrini dəyişə bilməz. Azərbaycan da öz haqqından heç vaxt vaz keçən deyil və heç vaxt Ermənistana nə dəhliz açandır, nə də neft, qaz kəmərlərinin, dəmir yolu və avtomobil yollarının Ermənistandan keçməsinə razılıq verəndir. Həmin ermənipərəst konqresmenlər özləri də yaxşı bilirlər ki, Azərbaycana təzyiq etmək mümkün deyil. Sadəcə, onlar erməni lobbisindən faydalandıqları üçün bu cür fikirlər irəli sürürlər. Hesab edirəm ki, Cənub Qaz Dəhlizinin açılışı Azərbaycan və ABŞ prezidentlərinin gələcəkdə də qlobal məsələlərdə razılığa gəlməsinə yol açır. Ümumiyyətlə, ABŞ ilə münasibətlərin normal olması arzuolunandır".

“Qarabağa səfər və Naxçıvan haqqında fikirlər Paşinyan hakimiyyətinin xüsusiyyətlərini göstərir”
Bu arada “Strategic Outlook” beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu isə indiki Ermənistan hakimiyyətinin işğalçı siyasətini pisləyib. Onun sözlərinə görə, Ermənistanın yeni hökuməti ölkəni qərbyönümlü etmək istəsə də, yekunda Serj Sarkisyanın və Robert Koçaryanın yolu ilə gedəcək.
O bildirib ki, N.Paşinyan hökumətə, əsasən, gənc və qərbyönümlü kadrları təyin edib ki, bu da qısamüddətli perspektivdə Ermənistan üçün məntiqli addım kimi görünür, lakin uzunmüddətli perspektivdə ölkənin xarici siyasətində dəyişikliklərin olacağına ümid yoxdur:
“Paşinyan və ətrafı etirazların ilk günündən xarici siyasət kursunu müəyyənləşdirə bilməmişdi. Sarkisyana qarşı çıxış edərkən antirusiya mövqeyi sərgiləmək asan idi, amma hakimiyyətə gəldikdən sonra onlar reallıqla üzləşdilər”.
M.F.Öztarsu əlavə edib ki, populizm N.Paşinyanın təşəbbüslərində əsas elementdir: “Bu, erməni siyasətçiləri üçün yeni vasitə deyil. Ermənistan müstəqillik qazandıqdan bəri populizm millətçi ritorika, ərazi iddiaları və qonşularla düşmən münasibət fonunda təşviq olunurdu. Paşinyan da bu alətdən öz məqsədləri naminə istifadə edir. Qarabağa səfər və Naxçıvan haqqında fikirlər Paşinyan hakimiyyətinin xüsusiyyətlərini göstərir. Bundan başqa, Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçəcəyi xəbəri də yaxşı reklamdır və populizmin dayanıqlığı üçün vasitədir”.

“Rusiya üçün Ermənistan bu qədərmi qorxuludur?”

Yeri gəlmişkən, Rusiya XİN-in mətbuat və informasiya Departamentinin direktor müavini Artyom Kojinin bir neçə gün öncə keçirdiyi brifinq qalmaqala səbəb olub. Diplomat brifinqdə azərbaycanlı jurnalistin Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Dağlıq Qarabağın danışıqlar prosesində iştirakına dair ötən ay verdiyi bəyanatlarla bağlı sualına şərh verib, bunu açıq-aşkar “qeyri-konstruktiv və səs-küylü bəyanat” adlandırıb. Lakin daha sonra XİN-in rəsmi saytında brifinqin stenoqramının həmin hissəsini redaktə ediblər. Nəticədə belə alınıb ki, Kojin Paşinyanın bəyanatlarını xatırladan azərbaycanlı jurnalistin özünü “qeyri-konstruktivlikdə və səs-küylü bəyanatlar verməkdə” ittiham edib. Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki. Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsi hiddət doğurur: “Bu, bilərəkdən edilib. Başqa cür düşünmək üçün əsas yoxdur. Məsələ ilə bağlı Rusiyanın Azərbaycandakı səfirliyinə, Rusiyanın jurnalist təşkilatlarına və ölkənin Xarici İşlər Nazirliyinə müraciət etməyi planlaşdırırıq".
Ə.Amaşov qeyd edib ki, mətbuat konfransı ilə bağlı yayılmış videogörüntüdə Rusiya Xarici İşlər Nazirliyi rəsmisinin Trend İnformasiya Agentliyinin müxbirinə konkret cavab verdiyi əksini tapıb: "Cavabdan hər şey aydındır. Kojin açıqca bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin ATƏT tərəfindən müəyyənləşdirilmiş həlli yollarına uyğun gəlməyən hay-küylü bəyanatlar qeyri-konstruktivdir. Rusiya XİN rəsmisinin bu fikri Ermənistan baş nazirinin bir müddət öncə Xankəndidə səsləndirdiyi fikirlərə cavabdır. Trend İA-nın müxbiri də sualını məhz bunu aydınlaşdırmaq məqsədilə verib. Sonradan Rusiya Xarici İşlər Nazirliyinin saytında Kojinin münasibətinin fərqli şəkildə təqdim edilməsi isə təəssüf doğurur. Belə çıxır ki, Rusiya XİN mətbuat katibliyinin rəsmisi əslində azərbaycanlı jurnalisti ittiham edir".
Millət vəkili vurğulayıb ki, diplomatik ənənələrə malik, hazırda ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkənin xarici siyasət idarəsindən belə qeyri-ciddilik gözlənilməzdir: "Əslində, məsələnin arxasında nə dayanır? Bu qeyri-ciddilik nə ilə bağlıdır? Məlumdur ki, Kojinin fikirləri Ermənistan mediasında və siyasi dairələrində birmənalı qarşılanmadı. Hətta bildirilmişdi ki, son 15 ildə Rusiya tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistana yönələn belə sərt münasibət olmayıb. Rusiya bundanmı qorxdu?
Daha bir hiddət doğuracaq məqam ondan ibarətdir ki, Rusiya XİN jurnalistikanı bir növ alətə çevirir. Jurnalistin qeyri-ciddi obrazını yaradır. Sanki jurnalistin boynuna hər şeyi qoymaq olar. Belə yol seçmək bu qədərmi asandır? Hər kəsin gördüyü həqiqəti danmaq. Özü də nəyə görə? Ermənistana görəmi? Rusiya üçün Ermənistan bu qədərmi qorxuludur? Yenə də deyirəm, hər şey göz qabağında olub - jurnalistin sualı da, ona verilən cavab da.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info