Gürcüstan parlamenti növbədənkənar toplantı keçirəcək
Tarix: 05.06.2018 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


İclasda Tbilisinin Xorava küçəsində ötən il qətlə yetirilmiş yeniyetmələrin işi üzrə istintaq komissiyası yaradılacaq

Gürcüstan parlamentinin bu həftə ərzində növbədənkənar iclası keçiriləcək. Bu barədə parlament sədri İrakli Kobaxidze bildirib. O deyib ki, növbədənkənar iclas sabah çağırılacaq və iclasın təyin olunması ilə bağlı prezidentə müraciət olunacaq. İclasda Tbilisinin Xorava küçəsində ötən il qətlə yetirilmiş yeniyetmələrin işi üzrə istintaq komissiyası yaradılacaq. Komissiyaya deputat Sergi Kapanadze başçılıq edəcək. Qeyd edək ki, ötən il dekabrın 1-də Xorava küçəsində mübahisə zamanı 51 saylı məktəbin 16 yaşlı iki şagirdi qətlə yetirilib. Qətl üzrə məhkəmə işi yekunlaşsa da, yeniyetmələrin valideynləri məhkəmə hökmünü qəbuledilməz hesab edirlər. Son günlər yeniyetmələrdən birinin atası Zaza Saralidzenin təşkilatçısı olduğu kütləvi aksiya davamlı olaraq keçirilir. Yeniyetmələrin işi üzrə istintaq Daxili İşlər Nazirliyinə qaytarılıb. Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili qətlə yetirilmiş iki yeniyetmənin valideynləri ilə görüşməyə hazırdır. Bu barədə hökumət administrasiyasının yaydığı bəyanatda bildirilir. Bəyanatda hökumət başçısının valideynlərlə siyasi motivli şəxslərin iştirakı olmadan görüşməyə hazır olduğu deyilir: “Görüşdə valideynlərin istəyindən asılı olaraq, ombudsman da iştirak edə bilər”. Baş nazir Giorgi Kvirikaşvili söyləyib ki, Gürcüstanda qeyri-sabitliyin yaradılması üçün heç kəsə əsas verilməyəcək. Gürcüstanın baş naziri bildirib ki, ölkədə sabitlik təmin olunacaq: “Ədalətsizlik hissi olan insanlara gəlincə, bu, bizim üçün ciddi çağırışdır. Bütün suallara müvafiq formatda mütləq cavab veriləcək. Ölkədə sabitliyi pozmağa çalışan və tamamilə qanunsuz siyasi tələblər irəli sürən radikal qruplara qeyri-sabitliyin yaradılmasına əsas verilməyəcək”. Tbilisidə son günlər məhkəmə-hüquq sisteminə qarşı keçirilən davamlı etiraz aksiyasına bəzi müxalif siyasi partiyalar da dəstək verib. Partiyalar fəaliyyət planının hazırlanması məqsədilə məsləhətləşmələr aparır. Onu da qeyd edək ki, Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında keçirilən etiraz aksiyasında gərginlik yaşanıb. Aksiya iştirakçıları parlamentin binası qarşısında Rustaveli prospektini bağlamağa cəhd ediblər. Bu zaman polislə onların arasında qarşıdurma yaşanıb. Polis bir neçə aksiya iştirakçısını saxlayıb. Buna baxmayaraq, aksiya iştirakçıları yolu bağlamağa nail olublar. Parlament qarşısındakı aksiya ilə paralel paytaxtın Vake parkında gənclər Z. Saralidzeyə dəstək aksiyası keçirirlər. Gənclər Z. Saralidzeni siyasi partiyalardan uzaqlaşıb, onlara qoşulmağa çağırıblar.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
ABŞ-da atışma: xəsarət alanlar var
16.02.2019
Nigeriyada silahlı hücum nəticəsində 60-dan çox dinc sakin həlak olub
15.02.2019
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
15.02.2019
BMT: “Fransa polisi nümayişçilərə həddən artıq güc tətbiq edib”
15.02.2019
Hürrəm Sultanın Qanuni Süleymana məktubları ictimaiyyətə açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info