“Naxçıvanda sənaye, kənd təsərrüfatı, özəl sektor sürətlə inkişaf edir”
Tarix: 04.06.2018 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


“Naxçıvan Muxtar Respublikasında sənaye, kənd təsərrüfatı, özəl sektor sürətlə inkişaf edir. Bir sözlə, Naxçıvan iqtisadiyyatı gündən-günə güclənir.” Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində muxtar respublikada səfərdə olan Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana söyləyib. Sanjay Rana səfərinin məqsədi barədə danışaraq deyib: “Səfərimin əsas məqsədi əlaqələrimiz inkişaf etdirmək, mədəni, təhsil, iqtisadi sahələrdə əlaqələrin stimullaşdırılmasına şərait yaratmaqdır. Biz bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafını istəyirik”. Səfir muxtar respublikadakı bütün tarixi abidələrin mükəmməl şəkildə bərpa edildiyini də vurğulayıb. Onun ən çox diqqətini çəkən isə Əlincəqala tarixi abidəsi olub. Çünki yüksəklikdə yerləşən bu abidənin bərpası hər bir insanda təəccüb doğurur. “İlk dəfədir ki, Əlincəqalanı ziyarət edirəm. Çox qədim tarixə malik olan qalaya yeni həyat verilib və bərpa edilib. Bura çox maraqlı bir yerdir və turistlərin qədim tarix, möhtəşəm mənzərə görməsi üçün ideal bir məkandır. Çox şadam ki, ailəmlə bura gəlmək mənə qismət oldu. Pillələrlə qalxmaq insana ayrıca bir zövq verir. Göstərilən diqqətə və xoş qarşılanmaya görə minnətdarlığımı bildirirəm”, - deyə hindistanlı diplomat vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
“Konvensiyanın imzalanması Xəzərdə təhlükəsizliyin təmini üçün atılan mühüm addımdır”
14.08.2018
TANAP-ın Türkiyədəki layihələrə ayırdığı qrant 140 milyon lirəyə çatacaq
14.08.2018
“Dollar böhranı“ndan da uğurla çıxacağıq”
14.08.2018
Xəzərin statusu barədə konvensiya regiona investisiyaların gəlişini asanlaşdıracaq
13.08.2018
“Konvensiya xoş məram, etimad, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşdi”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9854

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info