Müxalifət düşərgəsində yeni dava
Tarix: 05.06.2018 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


Qurban Məmmədov əməkdaşlıq təklif etdi, Qənimət Zahid “özün-özünlə əməkdaşlıq et”-dedi

Azərbaycan müxalifətinin ən böyük problemlərindən biri daim öz aralarında razılığa gələ bilməmək, şəxsi ambisiyalardan çıxış etmək, intriqalar, hətta söyüşlər, təhqirlər, bir-birini ifşa etmək səviyyəsinə qədər qalxan münasibətlər olub.
Bu gün də bu anormal tendensiya davam edir. Təsadüfi deyil ki, yeni formalaşan və əsasən, xaricdə yaşayan bir qrup siyasi mühacirlərdən, eləcə də onları dəstəkləyən Bakıdakı bir neçə müxalif şəxslərdən ibarət dəstə ilə, köhnə müxalif komanda arasında, sözün həqiqi mənasında, söz savaşı gedir. Yenilər
özlərini liberal demokrat sayırlar, köhnə müxalifətdən olanları qəbul etməyərək “siz liberal deyilsiniz”, “meydandan çəkilməlisiniz” kimi ifadələrlə onları qəbul etmirlər. Köhnələr isə yeni formalaşanları, ya agent, ya da başqa adlarla özlərinə yaxın buraxmırlar. Əslində isə dava “yorğan” davasıdır. Hər iki tərəf xaricdən ayrılan güclü maliyyə yardımına sahib olmaq istəyir ki, bunun üçün də qarşısında ən böyük maneə kimi, öz tərəfdaşlarını-müxalif düşərgədə olanları görürlər. Belə olmasaydı Turan TV rəhbəri olan Qənimət Zahidlə Qurban Məmmədov arasında söz savaşı başlamazdı. Maraq üçün deyək ki, köhnələrdən sayılan Qənimət Zahid də özlərindən, öz komandalarından başqa, heç kimi Turan TV-yə buraxmır. Hətta özlərini liberal təfəkkürlü insanlar sayan müxalifləri də. Bu da onun göstəricisidir ki, Qənimət Zahid də heç demokrat deyil.
Qayıdaq yeni dava-qovğaya. Bir neçə gündür sosial şəbəkələr üzərindən başlayan “sözatmalar” Q.Zahid ilə Q.Məmmədovun münasibətlərinin əməlli-başlı pisləşməsindən xəbər verir. Bununla bağlı Q.Məmmədov yazıb: “Bu gün Turan TV-nin sahibi və aparıcısı, Əli Kərimlinin yaxın dostu Qənimət Zahidə aşağıdakı məzmunda mesaj göndərdim. "Eşitdim mənə qəzəblənibsən, haqqımda nə isə danışıbsan. Belə olanda, heç olmasa, linklərini at, mən də baxıb feyziyab olum. Paxıl olma. Verilişlərim necə gedir, bir peşəkar kimi necə görürsən? Təbii ki, bu sahədə təzəyəm, ancaq çalışıram. İstəsən, ƏMƏKDAŞLIQ EDƏRİK. Yəni qarşılıqlı mübadilə.
Sən bizim debatları yay, mən də sənin, Nahidin, Orduxanın mənim əleyhimə olan verilişlərini yayım. Xalqımızı demokratiyaya alışdıraq. Nə deyirsən, məsləhətdirmi?
Qənimət bəydən cavab almışam. Həmin cavabdan sonra dostuma yeni səsli mesajlar göndərərək, təklif etmişəm ki, “Meydan” TV, “Obyektiv” TV, “Xəbər var”, Kana l13, bizim Azerifreedom və bütün internet televiziyalarının verilişlərini qarşılıqlı olaraq paylaşaq, qoy xalqımız özü qərar versin, qərar verməyi öyrənsin”.
Qənimət Zahidin də cavabı özünü çox gözlətməyib. O deyib: “Qurban Məmmədov bu əsnada mənə əməkdaşlıq təklif edib, təklifin mahiyyəti də budur ki, mən onun videolarını Turan TV- də göstərim, o da bizim hansısa videolayihələri öz “YouTube” kanalında paylaşsın. Turan TV yaranandan indiyə qədər elan edirəm ki, bizimlə əməkdaşlıq edənlər üçün qapılarımız açıqdır. Bu çağırışa kimin necə cavab verəcəyini gözləmədən sosial şəbəkələrdən müxtəlif videoproqramları davamlı olaraq götürüb televiziyada yayırıq. Hətta Qurban Məmmədovun həmin statusunun altında «Qənimət Zahid bunu qəbul etməz» yazan adamların da bir çoxu ta “Azərbaycan Saatının” binası qoyulandan üzü bəri bizim efirə çıxardığımız adamlardır (adlarını çəkmək istəmirəm). Əgər, məsələn, kiminsə “Facebook” yayımlarında videoların keyfiyyəti telekanalda yayım üçün uyğundursa, biz həmin proqramları efirə veririk. Keyfiyyət yetərli olmayanda verə bilmirik, çünki tezliyi kirayə vermiş şirkətin konkret standartları var, istənilən telekanal bu standartları gözləməlidir. İstər Qurban Məmmədov, istərsə də başqaları proqramlarımızı götürüb yaya bilərlər. Amma açıq deyirəm ki, mən hələ xeyli müddət Qurban Məmmədovun yaydığı proqramları efirə vermək fikrində olmayacağam. Bir neçə səbəbə görə. Bu səbəblərin başında isə o gəlir ki, biz, Turan TV olaraq, istər ölkə daxilindən, istərsə də mühacirətdən Azərbaycanın bütün, təkrar edirəm, spektrindən asılı olmayaraq bütün müxalifət qüvvələrinin, davamlı fəaliyyətinə kölgə salan, təftiş edən, bəzən isə, hətta aşkar böhtan və şantaj effektləri zəngin olan videoməhsulların yayılmasında maraqlı deyilik. Qurban Məmmədovun video istehsalının təqribən 50 faizinin əsassız ittiham və şantaj effektlərindən ibarət olduğunu nəzərə alırıq. Hesab edirəm ki, bir müddət dəyərli Qurban bəy özü-özü ilə əməkdaşlıq etsə, daha yaxşıdır”.
Bundan başqa, Qənimət Zahidin bu statusunun altında onlarla cəbhəçi trollar Q.Məmmədovun xüsusi xidmət orqanlarına işlədiyini yazıblar. Maraqlısı odur ki, elə məhz Q.Zahid özü də buna işarə verən şərhlər yazıb...
Doğrudan da, bütün bu mənzərəni izlədikcə müxalif düşərgədə gedən iyrənc siyasi proseslərin nə dərəcədə təhlükəli olmasının şahidi oluruq. Bu adamlar və onların davamçıları hələ də 90-cı illər təfəkküründədirlər, qarşılıqlı ittihamlar, dava-şava, təhqir, intriqalarla özlərini təmizə çıxarmaq istəyirlər. Hər bir normal ölkədə olduğu kimi, Azərbaycanda da müxalifət var, amma digər ölkələrdən fərqli olaraq bizdəki müxalifət anormallığı ilə seçilir. Sosial bazası zəif olan bu qüvvələr sonra da narazılıq edirlər ki, niyə cəmiyyətin bir qismi onların ardınca getmək istəmir? Şəxsi ambisiyalardan çıxış edən, öz aralarında vahid məxrəcə gələ bilməyənlərə kim inanar, axı? Bu adamlar hələ hakimiyyətdə deyillər, belə adi video paylaşımı üstündə bir-birini aşağılayır, ittihamlar edirlər. Görün bunlara səlahiyyət verilsə, hansı idarəçilik üsuluna, siyasi mədəniyyətə sahib olarlar...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info