Bakıda velosipedin BMX növü üzrə dünya çempionatı start götürəcək
Tarix: 05.06.2018 | Saat: 08:37:00 | E-mail | Çapa göndər


Bu gün Bakıda velosipedin BMX növü üzrə dünya çempionatı start götürəcək. İyunun 9-dək davam edəcək dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunacaq. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərimizdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.
Qeyd edək ki, indiyə kimi ölkəmiz Olimpiya idman növü olan güləş, boks və bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edib. Velosiped idmanının Olimpiya növü olan BMX üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək sayca dördüncü dünya çempionatıdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 15 noyabr tarixli Sərəncamı ilə dünya çempionatının Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri təyin edilib.
Çempionatın keçiriləcəyi BMX stadionu 2014-cü ildə tikilib və burada ilk Avropa Oyunlarının BMX üzrə velosiped yarışları uğurla təşkil olunub. Lakin 2016-cı ildə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) BMX stadionlarının standartlarını dəyişib. Trekin uzunluğu, eni, döngələrin hündürlüyü artırılıb, maneələrin konfiqurasiyası dəyişdirilib.
Bakıda keçiriləcək dünya çempionatı üçün talisman Qafqaz bəbiri seçilib. Azərbaycanda nəsli kəsilməkdə olan beş heyvan növü müəyyən olunub. Onlardan biri də Qafqaz bəbiridir. Bununla bağlı bir neçə ildir ki, ölkəmizdə ciddi işlər aparılır. 2014-cü ildə Bakıda Qafqaz bəbirinə həsr olunmuş beynəlxalq Sammit də keçirilib. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Qafqaz bəbirinin talisman seçilməsi təsadüfi deyil. Onun bu idman növü ilə oxşarlığı var. Qafqaz bəbiri sürət, cəldlik rəmzidir. BMX idman növündə də qələbəni məhz sürət və cəldlik təmin edir.




 
Bölməyə aid digər xəbərlər
24.06.2018
“Rusiya 2018“: Almaniya İsveç millisini məğlub edib
23.06.2018
DÇ-2018: Cənubi Koreya – Meksika - 1:2
23.06.2018
DÇ-2018: Belçika Tunisə 5:2 hesabı ilə qalib gəlib
23.06.2018
Serbiya – İsveçrə - 1:2
23.06.2018
DÇ-2018: Nigeriya – İslandiya - 2:0

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9450

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info