“Muğam Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən dirçələrək beynəlxalq aləmdə öz yerini tutub”
Tarix: 05.06.2018 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


Parisdə UNESCO-nun baş qərargahında Azərbaycan muğam ifaçılığının qurumun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə qəbul və konsert keçirilib.
UNESCO yanında daimi nümayəndəliyimizin təşkilatçılığı, Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə keçirilən tədbirdə ölkəmizin qurum yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov çıxış edərək muğam ifaçılığı, onun musiqi dünyasında və azərbaycanlıların həyatındakı yeri haqqında danışıb. Bildirib ki, mədəni dəyər və milli kimliyimizin əsası kimi muğam xalqımız tərəfindən yüksək qiymətləndirilir. Yetmiş il sərt nəzarət altında olan muğam Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən dirçələrək beynəlxalq aləmdə öz yerini tutub. A.Kərimov muğam sənətinin dərin köklərdən, tarixi sınaqlardan uğurla keçərək müasir dövrdə tamamilə yeni bir səviyyəyə qalxmasının və Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın danılmaz əməyinin nəticəsi olduğunu vurğulayıb. O, ölkəmizin UNESCO layihələrinə töhfələrindən də söz açıb.
A.Kərimov Azərbaycanın təşkilatın Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə namizədliyinə toxunaraq, ölkəmizin 2003-cü il Konvensiyasını ratifikasiya edəndən sonra qurumun fəal üzvünə çevrildiyini, Azərbaycanda mədəni irsin qorunması istiqamətində bir çox milli qanunvericilik aktlarının qəbul edildiyini və bu sahədə layihələr həyata keçirildiyini diqqətə çatdırıb. O, ölkəmizin qurumla əməkdaşlığa böyük önəm verməsindən, maddi və qeyri-maddi mədəni irsin müdafiəsi və qorunub saxlanması sahəsinə töhfələrindən danışıb.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov muğamın milli və beynəlxalq səviyyədə təşviqində Azərbaycanın Birinci vitse–prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nın xoşməramlı səfiri Mehriban Əliyevanın böyük rolu olduğunu bildirərək, onun Azərbaycan və UNESCO arasında ikitərəfli əlaqələrin inkişafına böyük töhfələr verdiyini diqqətə çatdırıb.
Elnur Sultanov Şimal və Cənub, Şərq və Qərb arasında siyasi, ticari və mədəni körpü olan ölkəmizin mədəniyyətlər və dinlər arasında dialoq mərkəzinə çevrildiyini vurğulayıb. Bildirib ki, Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın təşviqi üçün beynəlxalq platforma mövcuddur. O, 2010–2014-cü illərdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzvlüyü dövründə Azərbaycanın qurumun fəal və etibarlı tərəfdaşı olduğunu xatırladaraq, yenidən seçiləcəyi təqdirdə daha dinamik olacağını vurğulayıb. E.Sultanov ölkəmizin mədəni irsin müdafiəsi, eləcə də xalqlar və mədəniyyətlər arasında dialoq sahəsində etibarlı qlobal tərəfdaş olduğunu qeyd edib. Bildirib ki, sözügedən komitəyə üzv seçilməsi zəngin təcrübəmizi digər üzvlərlə bölüşmək və onlarla tərəfdaşlıq və əməkdaşlıq ruhunda işləmək imkanı yaradacaq.
Baş katib UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə Azərbaycanın namizədliyini dəstəkləməyə, qlobal qeyri-maddi mədəni irsin müdafiəsi kimi nəcib vəzifəyə birgə səylərlə töhfə verməyə çağırıb.
Sonra “Mugham Souls” qrupunun üzvləri Elnur Mikayılov (kamança), Kamran Kərimov (Nağara), Ələsgər Məmmədov (tar), Vasif Hüseynzadə (piano), Şirzad Fətəliyev (balaban), Yusif Əzizovun (bass nağara) müşayiəti ilə Qoçaq Əsgərov və Pyer Treqomen “Sarı gəlin”, “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Bayatı Kürd” kimi muğamları ifa ediblər. Musiqiçilərin ifası alqışlarla qarşılanıb.
Mədəniyyət Nazirliyinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə ölkəmizin namizədliyinə dair nəşri, “İRS” jurnalının UNESCO-nun Maddi və Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan mədəni irs nümunələrinə həsr edilmiş xüsusi nömrəsi tədbir iştirakçılarına paylanılıb.
Sonra tədbir iştirakçıları milli mətbəximizin təamlarına qonaq ediliblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
ABŞ-da atışma: xəsarət alanlar var
16.02.2019
Nigeriyada silahlı hücum nəticəsində 60-dan çox dinc sakin həlak olub
15.02.2019
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
15.02.2019
BMT: “Fransa polisi nümayişçilərə həddən artıq güc tətbiq edib”
15.02.2019
Hürrəm Sultanın Qanuni Süleymana məktubları ictimaiyyətə açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info