Bakıda “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu keçirilir
Tarix: 05.06.2018 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


İyunun 5-də Bakı Konqres Mərkəzində “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu öz işinə başlayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva Forumda iştirak edir.
Dünya Ətraf Mühit Günündə təşkil edilən tədbirin məqsədi gənclər arasında Dayanıqlı İnkişaf Məqsədləri (DİM), xüsusən onların ekoloji aspektləri haqqında maarifləndirmənin artırılması, eləcə də gəncləri DİM səfirləri olmağa sövq etməklə onların 2030 Gündəliyinin həyata keçirilməsində rolunu gücləndirməkdir.
2018-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin qəbul edilməsi ilə nəticələnmiş BMT-nin Dayanıqlı İnkişaf Sammitinin üç illiyi qeyd ediləcək. Sözügedən gündəlik insanlar, planet və rifah naminə fəaliyyət planıdır. Davamlı inkişaf bir-birinə bağlı olan üç təməl elementdən ibarətdir – iqtisadiyyat, cəmiyyət və ətraf mühit. 2030 Gündəliyi gənclərin gündəliyidir. Belə ki, dayanıqlı inkişaf anlayışı gələcək nəsillərin sərvətlərinə xələl gətirmədən hazırkı nəslin rifahının yaxşılaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, gündəlik gəncləri inkişafın əsas aparıcı qüvvəsi kimi müəyyən edib. Lakin bunun üçün onlara öz potensialını reallaşdırmaq imkanı yaradılmalıdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva Forumda çıxış etdi.
Sonra ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış etdi.
Forumda “İqlim dəyişikliyi: adaptasiya və təsirlərin azaldılmasında gənclərin rolu”, “Tullantıların idarə edilməsi: 3R (İstifadəni azalt, yenidən istifadə et, təkrar emal et) prinsipləri”, “Biomüxtəlifliyin qorunması: Azərbaycan üçün əhəmiyyəti nədir?”, “Davamlı enerji: insanları, iqtisadiyyatı və planeti transformasiya edərkən” mövzularında panel iclaslar keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Vilayət Eyvazovdan əmr: Yol polisində mühüm dəyişiklik
18.10.2019
Qazaxda “N” saylı hərbi hissədə tədbir keçirilib
18.10.2019
“Vətənin müdafiəsinə hazıram!” devizi altında növbəti tədbir Salyanda keçirilib
18.10.2019
Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək
18.10.2019
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info