Bakıda Mikayıl Müşfiqin anım tədbiri keçirilib
Tarix: 05.06.2018 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Mikayıl Müşfiqin anadan olmasının 110-cu ildönümü münasibətilə şairin Bakıdakı büstünün qarşısında anım tədbiri keçirilib.
 
APA-nın xəbərinə görə, Yasamal Rayon İcra Hakimiyyəti və Cabir Novruz Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Mikayıl Müşfiqin 110 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncam oxunub. Bildirilib ki, sərəncama əsasən, Mədəniyyət Nazirliyi Təhsil Nazirliyivə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb, həyata keçirəcək.
 
Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bildirib ki, Mikayıl Müşfiq Bakının Yasamal rayonunda anadan olub və ömrünün sonuna kimi bu rayonda yaşayıb.
 
Tədbir zamanı Cabir Novruz Mədəniyyət Fondu və Xızı rayon ictimaiyyəti adından Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanmış müraciət oxunub.
 
Tədbirin sonunda məktəblilər M. Müşfiqin müəllifi olduğu bir neçə şeiri səsləndiriblər.
 
Qeyd edək ki, Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyun ayının 5-də Bakıda ziyalı ailəsində anadan olub. M. Müşfiq əslən Xızı rayonundandır. O, 1938-ci ildə repressiya dövründə güllələnib.
 
Müşfiqin "Yenə o bağ olaydı", "Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziyasının incilərindəndir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
“Bu, “Nəsimi ili” ilinə ən böyük töhfə olar”
17.01.2019
Ankarada “Nazim Hikmət Azərbaycan ədəbiyyatında” mövzusunda tədbir keçirilib
17.01.2019
Xalq rəssamı Fazil Nəcəfov haqqında film çəkilib
17.01.2019
“Kafalar karışıq” türk komediya filminin nümayişi olub
17.01.2019
Mən aktrisa olmaq üçün dünyaya gəldim..

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Dərslər təxirə salındı
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info