Böyrəkləri tam təmizləyən resept
Tarix: 05.06.2018 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Böyrək ən mühüm orqanlardan biridir. O toksinlərin qandan süzülməsinə və detoksifikasiyaya görə cavab verir. Buna görə də onu qorumaq və sağlamlığına nəzarət etmək lazımdır. Əks halda, əsl dəhşətə çevriləcək ciddi fəsadlarla üzləşə bilərsiniz. Çünki böyrəklərin iş orqanizmi təmizləməkdən ibarətdir, əgər onlar öz funksiyasını yerinə yetirə bilməzsə, onda bütün zəhərli maddələr bədəndə toplanacaq.
Milli.Az bu yazıda oxucuları böyrəklərin təmizləyən təbii müalicə vasitəsilə tanış edir.
İnqrediyentlər:
- 2 ədəd çiy soğan;
- 2 ədəd limon;
- 3 dəstə cəfəri;
- 2 litr su.
Hazırlanma qaydası:
Suyu qazana töküb qaynadın. Doğranmış soğan dilimlərini, iki limon suyunu və cəfərini qaynamış suya əlavə edin. İki saatdan çox soyumasını gözləyin. Sonra qarışığı süzgəcdən keçirin.
2 litr müalicəvi suyu gün ərzində 5-6 porsiyaya bölmək olar. Çünki onun sidikqovucu xassələri çox güclüdür və bu içkini həftədə yalnız 3 gün istifadə etmək olar. 1 və ya 2 həftədən sonra detoksifikasiya prosesini təkrarlayın.
Böyrəklərin təmizlənməsi zamanı daha çox duzda olan natrium istehlakını məhdudlaşdırmalısınız, həmçinin doymuş yağlar, şəkər və digər zərərli ərzaqlardan qaçmaq lazımdır. Əksinə, qida rasionunda tərkibi su ilə zəngin olan meyvə və tərəvəzlərə yer verin. Paxlalı bitkilər, göbələk və balıq da yaxşı seçimdir.
Əks göstəriş: Bu içki bəzi insanlarda xoşagəlməz reaksiya yarada bilər. Odur ki, soğan suyu turşu reflüksündən əzab çəkənlərə, hipertoniya və hipoglikemiya olan xəstələrə məsləhət deyil.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Yemiş yeyəndə tumlarını atmayın
22.06.2018
İllik gəliri milyonları keçən tanınmış həkimlər
21.06.2018
İnsan nəfəsindən xəstəlikləri müəyyən etmək olacaq
21.06.2018
Yemək yeyərkən bunları etməyin!
21.06.2018
Videooyunlardan asılılıq xəstəliklər siyahısına daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9450

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info