Ömrü uzatmağın yolu tapılıb
Tarix: 05.06.2018 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Bitki mənşəli əlavələrlə probiotiklərin həmahəng şəkildə istifadəsi insan ömrünü uzada bilər.
Milli.Az bildirir ki, Makqil universitetinin alimləri belə bir nəticəyə gəlib.
Elmi araşdırmanın nəticələri "EurekaAlert" portalında dərc olunub.
Biomühəndislik sahəsinin mütəxəssisləri tədqiqatları drozofil milçəklərinin üzərində aparıb. Tədqiqatçılar onları simbiotik (probiotik və polifenolun qatqısı) və trifala (bitki mənşəli əlavə) ilə yemləyib.
Bu maddələrin köməkliyi ilə alimlər milçəklərin ömrünü 66 günə qədər uzadıb. Bu orqanizminə simbiotik və trifala düşməyən həşəratlardan fərqli olaraq 26 gün çoxdur.
Bundan savayı biomühəndislər qocalmanın neqativ effektlərini aradan qaldıra bilib.
Alimlər eksperimentin pozitiv effektini bağırsaq yolunda olan bakteriyanın işi ilə əlaqələndirir.
Professor Satiya Prakaşın sözlərinə görə, probiotiklər bağırsağın mikroflora və mikrofaunasının arxitekturasını əhəmiyyətli dərəcədə dəyişir, qidaların metabolizminə müsbət təsir göstərir.
Alimin əmin edir ki, bu metodla analoji nəticəyə insanlarda da nail olmaq olar. Belə ki, drozofil milçəkləri və məməlilərdə olan biokimyəvi reaksiyalar təxminən 70 faiz uyğun gəlir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Saçlarını sataraq dolanan qadınlar
22.05.2019
Amerikalı milyonçu 400 tələbənin təhsil kreditlərini ödəyəcəyini açıqladı
22.05.2019
İngilis gözəli: “Türkiyə inanılmaz dərəcədə gözəl ölkədir“
22.05.2019
Avropa İttifaqında 2021-ci ildən plastik qabların istifadəsinə məhdudiyyət qoyulacaq
22.05.2019
Antiperspirantlardan gələn təhlükə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info