Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vahid Çağrı Mərkəzi yaradıldı
Tarix: 05.06.2018 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumlarda fəaliyyət göstərən müxtəlif çağrı mərkəzləri birləşdirilib. Yüksəkkeyfiyyətli müştəri xidmətlərinin göstərilməsi, vətəndaşların daha rahat müraciəti, tam düzgün və ətraflı məlumat ala bilməsi üçün Vahid Çağrı Mərkəzi –“155” yaradılıb. Belə ki, “155” saylı Çağrı Mərkəzinə “Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi” MMC (Baktelekom), “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi, “AzEeuroTel”, “Azdatacom”, “Az.net”, “Bakinternet” kimi qurum və provayderlərin xidmətləri ilə bağlı müraciət etmək olar. Vahid çağrı mərkəzlərinin yaradılmasında məqsəd xidmət keyfiyyətinin səviyyəsinin və müştəri məmnuniyyətinin yüksəldilməsi, qurumların resurslarından daha səmərəli istifadə, müştərilər üçün daha uyğun xidmətlərin hazırlanması, istək və müraciətlərin operativ həlli, müvafiq məlumat bazalarının optimallaşması və mütəmadi yenilənməsidir. Çağrı mərkəzinin fəaliyyətinə müraciətlərin anında qeydiyyatı və operativ həlli, eləcə də, elektron poçt, veb-çat vasitəsilə cavablandırılması, elektron məktubların göndərilməsi, sorğu və anketlərin keçirilməsi, telefonla satış, sosial şəbəkələr vasitəsilə vətəndaşlarla əlaqə yaradılması kimi xidmətlər daxildir. Bundan başqa, interaktiv səsli cavablama vasitəsilə operatoru gözləmədən müxtəlif servislərin aktiv edilməsi, korporativ və ya xüsusi müştərilərə premium xidmətlərin göstərilməsi imkanları da mövcuddur. Vətəndaşlara həftənin 7 günü, 24 saat olmaqla Azərbaycan, rus və ingilis dillərində çoxşaxəli xidmət göstərilir. Çağrı mərkəzində hazırda 60 operator çalışır və 2018-ci ilin sonunadək onların sayının 100-dək artırılması planlaşdırılır. Operatorlar tərəfindən ay ərzində 100 000-dək sorğu cavablandırılır. Qeyd edək ki, sonrakı mərhələdə xidmət spektri artırılaraq əhaliyə telefon və portal vasitəsilə onlayn müxtəlif gündəlik xidmətlərin (məsələn, qida sifarişi, taksi xidməti, restoranlar, teatrlar, idman müsabiqələri haqqında məlumatların verilməsi, bilet sifarişi və s.) göstərilməsi nəzərdə tutulub.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
ABŞ-da atışma: xəsarət alanlar var
16.02.2019
Nigeriyada silahlı hücum nəticəsində 60-dan çox dinc sakin həlak olub
15.02.2019
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
15.02.2019
BMT: “Fransa polisi nümayişçilərə həddən artıq güc tətbiq edib”
15.02.2019
Hürrəm Sultanın Qanuni Süleymana məktubları ictimaiyyətə açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info