Hüquqşünas niyə siyasətçi oldu?
Tarix: 06.06.2018 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, hüquqşünaslıqdan daha çox müxalifət düşərgəsində siyasətlə məşğul olan, siyasi proseslərə qarışması ilə tanınan Aslan İsmayılova qarşı cinayət işi qaldırılıb.
Hüquqşünas haqqında cinayət işinin qaldırılmasına 2017-ci ilin oktyabrın 2-də Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baş vermiş hadisə səbəb olub. A.İsmayılov iclas zalından çıxandan sonra məhkəmənin həyətində səs-küy salaraq, hakim və məhkəmə sədrinin onun qarşısına çıxmalarını tələb edib, onların ünvanına ucadan təhqiredici ifadələr işlədib. Baş verənlərlə bağlı, A.İsmayılovun ictimai qaydanı və məhkəmənin iş rejimini pozaraq xuliqanlıq hərəkətləri etməsi barədə Binəqədi Rayon Məhkəməsinin işçiləri tərəfindən akt tərtib olunaraq müvafiq materiallarla birlikdə Binəqədi Rayon Prokurorluğuna göndərilib. Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanaraq, istintaqı aparılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə ünvanlanıb. Məhkəmə kompleks tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının rəyinə görə, baş vermiş hadisə nəticəsində Binəqədi Rayon Məhkəməsinin əmlakına yüz otuz manat məbləğində maddi zərər dəyib. Bu il mayın 25-də A.İsmayılova CM-in 221.1-ci maddəsi ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 4 iyun 2018-ci il tarixində isə iş üzrə ittiham aktı təsdiq edilərək cinayət işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Ümumiyyətlə, Aslan İsmayılovun sosial şəbəkələr üzərindən fəaliyyətini izləyənlər görürlər ki, bu adam hüquqşünasdan çox, hansısa siyasi partiyanın rəhbəri kimi davranır. Təsəvvür edin ki, A.İsmayılov gah hansısa xəstəxanada peyda olub, oradan, guya, reportaj hazırladığını, guya, buradakı xəstələrin dərman, müalicə cəhətdən ağır durumda olduğunu göstərir, gah da digər sosial obyektlər haqqında videoçarxlar hazırlayır. Bütün bunları ona görə qeyd edirik ki, normalda hüquqşünas olan birisi öz fəaliyyətini bu istiqamətdə qurmalıdır. Başı çıxmaya-çıxmaya, siyasi proseslərə başını soxub, müxtəlif iyrənc kampaniyalar aparmamalıdır, bəzi rekert jurnalistlərə xas tərzdə gedib obyektlərdə şantaj xarakterli çəkilişlər etməməlidir. Yəni hüquqşünassan, xoşuna gəlməyən bir proseslə bağlı hüquqi müstəvidə mübarizə apar, şantaj xarakterli addımlar atma. Hələ bu adamın təxribat xarakterli, qarışıqlıq yaratmağa xidmət edən, ictimai fikri yayındıran çağırışlar etməsini demirik.
Hətta bir müddət öncə xaricdəki bir qrup söyüşcül dəstənin, antimilli qrupların sosial şəbəkələr üzərindəki fəallığından, çağırışlarından “ilhamlanmışdı”. A.İsmayılov adi hüquqi prosedurlardan öz mənafeyi üçün istifadə etməyə çalışaraq, sosial şəbəkələrdə qəhrəman kimi görünməyə çalışırdı. Bu adam hüquq müstəvisində özünü müdafiə etmək əvəzinə, kütləni toplanmağa, özünə dəstək verməyə çağırırdı. Təsəvvür edin ki, məhkəməyə dəvət edilən A.İsmayılov insanları məhkəmə qarşısına çağırıb, prosesdən sonra orada çıxışlar edirdi. Bunlara nə ehtiyac vardı, axı? Guya, qanunun tələbinə uyğun olaraq qarşı tərəfin sübutları kifayət qədər olsaydı, A.İsmayılov həbs edilməyəcəkdi? Yoxsa hakim məhkəmə qarşısına toplaşan insanlardan qorxacaqdı? Bu, dünyanın heç bir yerində görünməmiş anormal addım idi və heç bir hüquqşünas da hüquqdankənar belə siyasi oyunlar oynamazdı. Amma bunları A.İsmayılov etdi... İndiki halda isə A.İsmayılov yenə özü haqqında “nəcib, mehriban, günahsız, qəhrəman” obrazı yaratmaqda davam edir. Gah da hansısa sürüşmə zonasına meyilli ərazidə ağaclar əkib sadə, xalqın qeydinə qalan həyat tərzi keçirdiyini göstərir. Çalışır ki, sabah qanun qarşısında cavab verəndə, günahları, anormal əməllərinə görə cəza kəsiləndə hamı desin ki, bu adam, axı “xalq üçün çalışırdı”. Əslində isə xalqın gözü tərəzidir, onu elə məhkəmə qarşısına toplaşanların sayı qədər, əlli-altmış adam dəstəkləyir. Xalq gözəl bilir ki, siyasət adamı ilə hüquqşünas ayrı-ayrı anlayışlardı. Əgər hüquqşünas siyasi çağırışlar edib, siyasi çəkilişlər aparıb, şantaj xarakterli tədbirlər görürsə, bu artıq siyasi sifarişlər deməkdir. Qısası, Aslan İsmayılov artıq əvvəlki hüquqşünas Aslan İsmayılov deyil. Müxalif düşərgədə fəaliyyət göstərən və özünü siyasət adamlarının cərgəsində tanıtdırmaq istəyən şantajçıdır. Belələrini xalq 90-cı illərdə çox görmüşdü...
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”
15.02.2019
Ermənistandan azərbaycanlıların qovulması və yəhudilərin köçü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info