“Azərbaycanda aparılan islahatlar Aİ tərəfindən yüksək qiymətləndirilir”
Tarix: 06.06.2018 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Lourens Meredit: “2021-ci ilədək Avropa İttifaqının Azərbaycana investisiyalarının həcmi 30 milyard dollara çata bilər”

Bakıda 4-cü Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes-forumu keçirilib. Əvvəlki illərdə olduğu kimi, bu biznes-foruma da maraq böyük olub. İqtisadiyyat Nazirliyinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri, eləcə də Azərbaycandan 300-dən çox, Avropa İttifaqına daxil olan ölkələrdən isə 100-dən artıq iş adamı iştirak edib. Ümumilikdə biznes-foruma 800-ə yaxın iştirakçı qatılıb. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov artıq ənənəvi olaraq keçirilən biznes-forumdan keçən müddətdə Azərbaycan-Avropa İttifaqı əlaqələrində, eləcə də Azərbaycanın sosial-iqtisadi həyatında bir sıra mühüm yeniliklərin baş verdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdəndir və əlaqələr həm siyasi, həm də iqtisadi, o cümlədən enerji, ticarət, investisiyalar və digər sahələrdə inkişaf edir. İqtisadiyyat nazirinin müavini vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2017-ci ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 42% olub və 9,4 mlrd. dollar təşkil edib. 2018-ci ilin ilk 4 ayında isə bu göstərici 15% təşkil edib və 3,7 mlrd. dollar olub. Son 5 ildə Avropa İttifaqı Azərbaycana 15,3 mlrd. dollar investisiya yatırıb. Azərbaycanda 1500-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir. Avropa İttifaqının bir sıra ölkələri (Almaniya, Fransa, Avstriya, İtaliya, Yunanıstan, Polşa və s.) ilə Azərbaycan arasında ticarət palataları fəaliyyət göstərir. 2012-ci ildən indiyədək Avropa İttifaqına üzv ölkələrlə 130-a yaxın tədbir keçirilib. Azərbaycan Avropa İttifaqının əsas enerji partnyorlarındandır. Bu yaxınlarda açılışı olmuş Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın gözəl nümunələrindəndir. Yaxın vaxtlarda TANAP layihəsi də istifadəyə veriləcək və bu layhə Azərbaycan qazını birbaşa Avropaya çatdıracaq. Avropa İttifaqının 24 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması sazişləri, 9 üzv ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələri imzalanıb, 16 üzv ölkə ilə 17 Hökumətlərarası Komissiya və İşçi Qrupu, İdarəetmə Komitəsi fəaliyyət göstərir. Rüfət Məmmədov qeyd edib ki, hazırda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunması məqsədilə iqtisadi islahatlar davam edir. Artıq Qida Təhlükəsizliyi, Kiçik və Orta Sahibkarlığın İnkişafı, Turizm, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət agentlikləri, İpoteka və Kredit Zəmanət Fondu yaradılıb. Qarşıda duran əsas vəzifələrdən biri qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, bu sahədə ixracın artırılması və ixracın diversifikasiyasıdır. Bu məqsədlə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi, tranzit imkanlarından səmərəli istifadəyə dair müxtəlif tədbirlər həyata keçirilir. Yoxlamaların dayandırılması 2021-ci ilə kimi uzadılıb, “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib. Hazırda qanunvericilik təkmilləşdirilir, inzibati proseduralar sadələşdirilir, elektron xidmətlərin tətbiq dairəsi genişləndirilir, vergi və gömrük sahəsində islahatlar aparılır. Bundan başqa, 5 sənaye parkı, 4 sənaye məhəlləsi yaradılıb. Artıq sənaye parklarına 2,5 mlrd. dollar investisiya yatırılıb, qarşıdakı illərdə isə sənaye parklarına investisiya qoyuluşunun artacağı gözlənilir. Sənaye parklarında 11 mindən çox yeni iş yeri yaradılıb. İxracın genişləndirilməsi üçün “Made in Azerbaijan” brendi təşviq olunur, ixracatçılar üçün 11 dövlət dəstəyi mexanizmi tətbiq olunur.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankausskas, Avropa Komissiyasının Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi üzrə Baş Direktoratın Şərq Qonşuluğu üzrə direktoru Lourens Meredit çıxış edərək əvvəlki Azərbaycan-Aİ biznes-forumları ilə müqayisədə builki foruma daha çox iştirakçının qatıldığını qeyd edib, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışıblar. Lourens Meredit çıxışında vurğulayıb ki, Azərbaycan hökumətinin iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı istiqamətində gördüyü işlər və iqtisadiyyatın müxtəlif sahələrində aparılan islahatlar təqdirəlayiqdir və Aİ tərəfindən yüksək qiymətləndirilir. Lourens Meredit bildirib ki, bu tədbirlər və aparılan islahatlar innovativ, rəqabətqabliyyətli ixraca yönəlmiş, iqtisadiyyatın şaxələndirilməsini dəstəkləyən tədbirlərdir. Azərbaycanın “Doing Business” hesabatında da yüksək nəticələr göstərdiyini bildirən Lourens Meredit diqqətə çatdırıb ki, Aİ Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi istiqamətində gördüyü işləri, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılmasını, dövlət-özəl sektor əməkdaşlının genişlənməsini alqışlayır: “Azərbaycan və Aİ ölkələri arasındakı iqtisadi münasibətlər biznes mühitinin yaxşılaşdırılması üçün yaxşı fürsətdir. Biz elə bir sxem qurmalıyıq ki, 2021-ci ilədək Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi çərçivəsində investisiyaların həcmi 30 milyard dollara çata bilsin”. Sonra Alman-Azərbaycan Xarici Ticarət Palatasının şöbə müdiri Nigar Bayramlı Aİ-nin Azərbaycanın biznes mühitinə dair 2018-ci il üzrə hesabatını təqdim edib. Vergilər naziri Mikayıl Cabbarov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxışlarında hesabatda öz əksini tapmış məsələlərlə bağlı fikirlərini bölüşüb, həmçinin müvafiq sahələrdə həyata keçirilən islahatlar və görüləcək işlər barədə məlumat verib, islahatların davamlı olacağını vurğulayıblar. Azərbaycan-Avropa İttifaqı biznes forumu panel iclaslarla öz işini davam etdirib.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info