ABŞ-ın Azərbaycandakı səfirliyi Masallıda qadın sahibkarlar üçün iftar süfrəsi açıb
Tarix: 06.06.2018 | Saat: 13:35:00 | E-mail | Çapa göndər



İyunun 5-də ABŞ-ın Azərbaycandakı səfirliyi Masallı şəhərində qadın sahibkarlar üçün iftar süfrəsi açıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə səfirliyin əməkdaşları, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini, Proqramın layihə rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri, rayonun sahibkar qadınları, Milli Qəhrəmanların və Aprel döyüşçülərinin anaları iştirak ediblər.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova mərasim iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edərək bildirib ki, BMT-nin İnkişaf Proqramının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Qadın Rezurs Mərkəzi”nin 250 üzvü var. Onlardan 28 nəfəri sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ötən il Mərkəzdə keçirilən əmək yarmarkasında 21 qadın işlə təmin olunub.
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uiliam Qil bildirib ki, bu il müqəddəs Ramazan ayı ilk müsəlman parlament respublikası olan, qadınlara səs hüququ verərək gender bərabərliyini bərqərar edən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə eyni vaxta təsadüf edir.
Azərbaycan Xalq Cümhuriyyətinin zəngin irsinin və bu irsin qadınların nailiyyətləri və onların cəmiyyətdə mühüm rolları vasitəsilə yaşadığını vurğulayan Uiliam Qil bu il iftar süfrəsinin ilk dəfə bölgələrdə təşkil edildiyini, iftarda iştirak edən qadınların çoxunun ABŞ-ın İnkişaf Agentliyinin (USAID) və BMT-nin İnkişaf Proqramının dəstəyindən faydalanaraq kiçik müəssisələr yaratmaqla özləri və ailələri üçün yeni imkanlar yaratmasından məmnun olduğunu diqqətə çatdırıb.
Mərasimdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər xanım Cavadlı, QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov müqəddəs Ramazan ayı münasibətilə tədbir iştirakçılarına ən xoş arzularını çatdırıblar.
Sonda dualar oxunub və iftar verilib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info