Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb
Tarix: 06.06.2018 | Saat: 13:08:00 | E-mail | Çapa göndər


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Baş nazirin müavini və iqtisadiyyat naziri Mirko Sarovic, sabiq Baş nazir, xarici işlər naziri Zlatko Lagumdzija və Sarayevo şəhərinin meri Abdullah Skaka ilə görüşüb.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bosniya və Herseqovinada fəaliyyətinin daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. VII Qlobal Bakı Forumuna hazırlıqla bağlı ətraflı məlumat verilib. Forumun bir çox ölkələri narahat edən problemlərin müzakirəsinə imkan yaradan əlverişli platforma olduğu vurğulanıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti, beynəlxalq qurumlarla əməkdaşlığı, təşkilatın yeni layihələri ilə bağlı firik mübadiləsi aparılıb. Azərbaycan dövlətinin mərkəzin təşəbbüslərinə verdiyi dəstəyin qlobal sülhün və təhlükəsizliyin təmin olunması istiqamətinə axtarışlara mühüm töhfə olduğu vurğulanıb. Qeyd edilib ki, müasir dövrdə dünyada cərəyan edən mürəkkəb proseslər bir çox həlli çətin ziddiyyətlərə səbəb olub, bu ziddiyyətlərin aradan qaldırılması üçün böyük siyasi təcrübəyə və dünyagörüşünə malik insanların birlikdə apardığı müzakirələr olduqca mühüm əhəmiyyətə malikdir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.08.2018
Emil Qədirov “Novaya volna-2018” müsabiqəsinin final mərhələsində
09.08.2018
Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti keçiriləcək
08.08.2018
“Kitabi-türki” yenidən nəşr olunub
08.08.2018
Alban kilsəsində arxeoloji tədqiqatlar aparılır
08.08.2018
“Aşıq Şəmşir” Mədəniyyət Ocağının layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9855

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info