“Mastercard” və “Bravo” supermarketlər şəbəkəsi yeni kampaniyaya başlayıblar
Tarix: 06.06.2018 | Saat: 14:14:00 | E-mail | Çapa göndər


Qlobal ödəniş texnologiyalarının lideri sayılan “Mastercard” şirkəti “Bravo” supermarketlər şəbəkəsi ilə birgə yeni kampaniyaya start verib.

Kampaniya çərçivəsində 40 AZN və ya daha yüksək məbləğdə alış-verişini “Mastercard” və ya “Maestro” kartları ilə ödəyən bütün müştərilər elə yerindəcə təklif edilən hədiyyələrdən birinə sahib olacaqlar. Hədiyyə almaq üçün “Mastercard” və “Maestro” kartlarının istifadəçilərinə sadəcə Müştəri Xidmətləri masasına yaxınlaşıb, əməkdaşlara ödəniş qəbzini təqdim etmək kifayətdir. Kampaniya iyunun 1-dən 30-dək davam edəcək və “Mastercard” və ya “Maestro” kartlarının sahibləri aksiyadan gündə bir dəfə yararlana biləcəklər.

“Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar vurğulayıb: «"Mastercard komandası Azərbaycan bazarında uzunmüddətli öhdəlikləri gücləndirmək məqsədilə aparıcı brendlərdən biri olan “Bravo” ilə birgə bu kampaniyanı bir daha keçirməkdən qürur duyur. Bu birgə fəaliyyət, istehlakçıya faydalı alış veriş etmək və qiymətsiz hədiyyələr qazanmaq üçün əla bir fürsətdir. Sözügedən kampaniya istehlakçılara göstərdiyimiz dəstəyi və “Mastecard” üçün Azərbaycan bazarının strateji əhəmiyyətini nümayiş etdirir».

“Bravo” supermarketlər şəbəkəsi əlverişli qiymətlərlə geniş çeşiddə ərzaq və qeyri-ərzaq məhsulları təklif edir.

Kampaniyanın fəaliyyət göstərdiyi supermarketlərin ünvanı: “Bravo Superstore 1” (F. Xoyski küç., 14, “Ganjlik Mall” AVM); “Bravo Superstore 2” (Babək pr. və Nəcəfqulu Rəfiyev küç., 29 kəsişməsində).

“Mastercard” haqqında:
“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Ukraynada “Azərbaycan Ticarət Evi“ açılıb
22.06.2018
“Azərmarka” uşaqların çəkdiyi rəsmlərdən poçt açıqcası hazırlayıb
22.06.2018
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
22.06.2018
Diaspor təşkilatı sədri jurnalistləri təltif edib
22.06.2018
Dövlətin və xalqın mənafeyinə xidmət edən dövlət qulluğu

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9456

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info