Söyüşcül dəstə indi də media nümayəndəsini hədəfə alıb təhqir etdi
Tarix: 06.06.2018 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Sosial şəbəkələrin imkanlarından istifadə edən bəzi antimilli qüvvələr, xaricdə formalaşan bir qrup müxalif gənclər son bir ildə ölkəmiz, hakimiyyət əleyhinə iyrənc kampaniyalar apardı. Bunun effektiv olmadığını görən bu dəstə indi də ayrı-ayrı şəxslərin, hətta media nümayəndələrini hədəfə almağa başlayıb. Buna misal olaraq bu gün “Big.az” saytının redaktoruna qarşı olan kampaniyanı göstərmək olar. Belə ki, redaktor sosial şəbəkələrdə xalqı təhqir edən "söyüşcül qrup”un qurbanına çevrildiyini bəyan edib. 
Məlumata görə, "Facebook" sosial şəbəkəsində milləti aşağılayan söyüş söz işlədən mühacirətdə olan "söyüş çətəsi"nin nümayəndəsi redaktora qarşı təxribat kampaniyasına başlayıb. Belə ki, “Big.az” saytının redaktoru Rövşən Əsədov sözügedən təhqir dolu paylaşımına fikrini bildirdiyi üçün ona qarşı qarayaxma və çirkab kampaniya başladıblar. Onun şəkilləri montaj edilərək kürd olduğu, kürd olduğu üçün fəxr etməsi ilə bağlı saxta informasiyalar, telefon nömrələri müxtəlif irihəcmli qruplarda paylaşılıb.  Sözügedən paylaşımın həqiqətə uyğun olmadığından xəbərsiz olan sosial şəbəkə istifadəçiləri isə təxribata uyaraq onu təhqirlərə məruz qoyublar. 
Bununla bağlı sosial şəbəkə üzərindən paylaşım edərək status yazan Rövşən Əsədov deyib ki, bunun xarici ölkələrə sığınan, saxta adlarla ölkəmizə qarşı qarayaxma kampaniyası aparan satqınların işidir. O, həmçinin mətbuata verdiyi açıqlamada qeyd edib ki, sözügedən şəxs və şəxslər onun şəxsi hesabına hücum edərək şəhidləri, şəhid və əsgər analarını da küçə söyüşləri ilə təhqir ediblər: 
"Sosial şəbəkədə qrupların birində millətimizi "тварь" adlandıran bir şəxsin paylaşımına öz fikrimi bildirdim. Görünür fikrim onları sarsıdıb. Bu məqsədlə də mənə qarşı qarayaxma və təhqir kampaniyasına başladılar. Hətta, profilimə hücum təşkil edərək məni, mövcud hakimiyyəti, eləcə də şəhid və əsgər analarını söydülər. Bacardığım qədər həmin təhqirləri silsəm də, digər əlim çatmayan qruplar, səhifələr vasitəsilə barəmdə yalan və yalnış informasiya yayırlar, əlaqə nömrələrim yayılaraq məni məsələdən agah olmayan insanlara təhqir elətdirirlər. Bunun başında duran şəxs isə profil hesabına mühacir azlıqların yaratdığı "Oyan" təşkilatının fotoşəkillərini, eləcə də, Milli Şuranın üzvü Cəmil Həsənlinin fotoşəkillərini paylaşıb. Görünür ki, müxalifət düşərgəsinə, eləcə də xaricdə oturub ölkəmizə qarşı çirkin kampaniya aparan insanlara bağlı bir insandır. 
Onu da qeyd etmək istərdim ki, bu barədə hüquq mühafizə orqanlarına məlumat vermişəm. Həmin şəxsin yaxud şəxslərin tapılaraq qanunla cəzalandırılmasına nail olmağa çalışacam".
Qeyd edək ki, bu cür metod söyüşcül dəstənin ilk gündən tətbiq etdiyi bir iyrənc əməldir. Onlar kimisə gözən salmaq, ictimai fikri çaşdırmaq istəyirlərsə, yalandna həmin adam haqqında status yazıb, onun fikrini konteksdən çıxarıb, şəkillərini kollaj edib paylaşımlar edirlər. Həmçinin belə paylaşımlarda daha çox dini, milli məsələləri qabardırlar ki, insanlarda daha çox qıcıq oyada bilsinlər. Redaktorun guya kürdlüyü ilə fəxr eləməsi haqqında heç bir fakta əsaslanmayan fotokollajı da bu qəbildən oldu...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
“Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir”
24.06.2018
Rusiya Dövlət Dumasının sədri rəsmi səfərə gəlir
22.06.2018
“Azərbaycan Ordusu torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək imkanındadır”
22.06.2018
“Cənub Qaz Dəhlizi enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır”
22.06.2018
Zakir Həsənov: “Ermənistan ilə Azərbaycan arasında hərbi balans bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9460

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info