Yan Zahradil: “Azərbaycan Aİ-nin dəstəyinə layiqdir“
Tarix: 06.06.2018 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


“Etibarlı və stabil tərəfdaş kimi Azərbaycanın strateji geosiyasi əhəmiyyətini Aİ dana bilməz”
"Azərbaycanın strateji, lakin hələ də qeyri-stabil geosiyasi mövqeyi və vəziyyəti elədir ki, bu ölkə, xüsusilə Rusiya və İranla artan gərginliyin fonunda Avropa İttifaqının dəstəyinə layiqdir." APA-nın məlumatına görə, bu barədə Avropa Parlamentinin Beynəlxalq ticarət komitəsinin sədr müavini, Avropa Mühafizəkarlar və İslahatçılar Partiyasının prezidenti Yan Zahradilin “Euractiv” nəşrində dərc olunan yazısında deyilir. Yazıda bildirilir ki, Aİ - Azərbaycan əlaqələrindəki son soyuqluq kiçik Asiya ölkəsinə potensial stabil və etibarlı tərəfdaş kimi laqeyd yanaşılmasına səbəb olub, lakin bu dövr artıq geridə qalıb: “Azərbaycanın geosiyasi mövqeyi çox həssasdır”. Y. Zahradil onu da qeyd edib ki, hazırda İranda 30 milyon etnik azərbaycanlı yaşayır: “Azərbaycanın İrana qarşı siyasəti tamamilə neytraldır. Qərb, o cümlədən Aİ Azərbaycanın dünyada islam ölkəsi kimi müsbət nümunə statusunu qorumalıdır”. Avropalı parlamentar qeyd edib ki, Azərbaycan və xüsusilə Bakı beynəlxalq nəqliyyat, turizm mərkəzinə çevrilir: “Geosiyasi cəhətdən vacib Cənub Qaz Dəhlizi layihəsi, xüsusilə Mərkəzi və Şərqi Avropanın enerji diversifikasiyasını təmin edəcək. Etibarlı və stabil tərəfdaş kimi Azərbaycanın strateji geosiyasi əhəmiyyətini Aİ dana bilməz. Buna diqqət və dəstək göstərmək lazımdır”.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
İran bombardmana məruz qalsa belə təslim olmayacaq
23.05.2019
“İnsan hüquqlarının müdafiəsi adı altında gizlənənlərin əsl məqsədi hədəf ölkəyə təzyiq etməkdir”
23.05.2019
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə xidmət edir
23.05.2019
İdman sülhün möhkəmlənməsi üçün məkan olmalıdır
23.05.2019
“Ölkədə axan qanın dayandırılması üçün hələ də imkan var“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10786

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info