“Bakcell” Gəncədə məzun yarmarkasına qatılıb
Tarix: 07.06.2018 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” Gəncə şəhərində keçirilən 10-cu məzun yarmarkasında fəal iştirak edib. Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) mühəndislik fakültəsinin tədris korpusunda təşkil olunan və 164 müəssisənin iştirak etdiyi “Məzun 2018” yarmarkasında “Bakcell” şirkətinin satış və marketinq departamentlərində mövcud vakansiya və təcrübə imkanları təqdim olunub. Şirkətin nümayəndələri tələbə və məzunlarla müsahibələr keçirib. Məzun yarmarkasında quraşdırılmış “Bakcell” stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə “Bakcell” şirkəti tərəfindən tələbələrə pulsuz CİN nömrə və hədiyyələr, ADAU-nun seçilmiş 3 tələbəsinə isə xüsusi hədiyyələr təqdim olunub. Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən “Bakcell” şirkəti, Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır və gənclərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verir. Təkcə cari il ərzində şirkət ADA Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ADAU-nun keçirdiyi karyera sərgilərində iştirakla yanaşı, özünün ənənəvi yay təcrübə proqramını elan edib. Eyni zamanda, gənclərin karyera və təhsilinə dəstək məqsədini daşıyan digər layihələri uğurla həyata keçirib. “Bakcell” şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam edəcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info