“Cənub Qaz Dəhlizi ölkəmizin geosiyasi, geoiqtisadi mövqelərini daha da möhkəmləndirəcək”
Tarix: 06.06.2018 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


“Cənub Qaz Dəhlizi Prezident İlham Əliyevin ideya müəllifi olduğu və geniş əməkdaşlıq nəticəsində reallaşdırılan böyük layihədir”.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib. Musa Qasımlı bildirib ki, bu nəhəng layihə Azərbaycanı Avropa ilə daha sıx birləşdirir. Bundan başqa, Avropanın cənubunda yerləşən ölkələrin enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyətini artırır. Həmin ölkələrin bir mənbədən asılılığının qarşısını alır: “Cənub Qaz Dəhlizi Azərbaycanın geosiyasi, geoiqtisadi mövqelərini daha da möhkəmləndirəcək. Həmçinin dövlətimizin büdcəsinə xeyli gəlir gətirəcək, vətəndaşlarımızın sosial rifah halı daha da yaxşılaşacaq. Bu layihənin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir, eyni zamanda üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənilir. Bu, artıq layihənin qlobal xarakter daşıdığını və mühüm beynəlxalq əməkdaşlıq platforması olduğunu göstərir. Digər enerji layihələrində olduğu kimi, ABŞ da Cənub Qaz Dəhlizinin reallaşmasına dəstək verib. Bir sözlə, Cənub Qaz Dəhlizi Azərbaycanın böyük uğurlarından biridir və ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirir”.




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
“Konvensiyanın imzalanması Xəzərdə təhlükəsizliyin təmini üçün atılan mühüm addımdır”
14.08.2018
TANAP-ın Türkiyədəki layihələrə ayırdığı qrant 140 milyon lirəyə çatacaq
14.08.2018
“Dollar böhranı“ndan da uğurla çıxacağıq”
14.08.2018
Xəzərin statusu barədə konvensiya regiona investisiyaların gəlişini asanlaşdıracaq
13.08.2018
“Konvensiya xoş məram, etimad, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşdi”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9854

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info