“Suveren dövlətlərin daxili işlərinə müdaxilə etməmək prinsipi pozulur”
Tarix: 07.06.2018 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


Şoyqu: "Suriya ilə bağlı əməkdaşlığımızın geniş spektri mümkündür. Bura ərazilərin minalardan təmizlənməsi, deeskalasiya zonalarında birgə patrul xidməti, humanitar yardım göstərmək, infrastrukturun bərpası aiddir”

MDB İcraiyyə Komitəsinin katibi Sergey Lebedev: “Təşkilata üzv ölkələr xaricdən ixrac edilən “rəngli inqilablar” və digər stabilliyi pozan faktorlara qarşı birgə mexanizmlər hazırlamalıdır”

"MDB ölkələri, əsasən, beynəlxalq terror təhlükəsi ilə qarşılaşır." Bunu Tıva Respublikasının Kızıl şəhərində keçirilən MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclasında çıxış edən Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. "Bu gün Birlik ölkələri Müdafiə Nazirləri Şurasının iclasının Asiyanın çoğrafi mərkəzində - Kızıl şəhərində keçirilməsi olduqca simvolikdir. Birgə sərhədlər və tarixi əlaqələrin ümumiliyi bizə ən aktual mövzularla bağlı etibarlı danışıqlar aparmağa imkan verir" - deyə o qeyd edib. Rusiyalı nazir MDB-dən olan tərəfdaşları vahid prioritetin birləşdirdiyini söyləyib: "Bu, mehriban qonşuluq, qarşılıqlı əməkdaşlıq və regional sabitlikdir. Bununla yanaşı, bizə qarşı ümumi çağırışlar və təhlükələr mövcuddur. Bu, hər şeydən əvvəl, beynəlxalq terrordan gələn təhlükədir. MDB Müdafiə Nazirləri Şurasının formatı milli və ümumi maraqları nəzərə almaqla əməkdaşlığın diapazonunu genişləndirməyə imkan verir. Bugünkü iclas bu yolda vacib addımdır". Şoyqu MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclasında tarixdə ilk dəfə fəxri qonaq qismində Monqolustan müdafiə naziri Nyamaaqiyn Enxboldun da iştirak etdiyini vurğulayıb. Şoyqu MDB-yə üzv dövlətləri Suriyada dinc həyatın bərpasında iştirak etməyə çağırıb: "Bu gün Suriya ərazisinin böyük bir hissəsi terrorçulardan azad olunub. Qalan terrorçuların tərk-silahı barədə danışıqlar gedir. Psevdoxilafətin yaradılması planı puça çıxıb. Münaqişənin siyasi yolla nizamlanması və Suriyanın vahid, bölünməz dövlət kimi dirçəlişi üçün bütün şərait yaradılıb”. Bununla əlaqədar Rusiya müdafiə naziri MDB ölkələrinə Suriyanın bərpasında iştirak təklif edib: "Hər kəsə məlumdur ki, təhlükəsizliyin təmin olunması ancaq birgə səylərlə mümkündür. Suriyada dinc həyatın bərpa olunmasında iştirak etmək təklifi ilə sizə müraciət edirəm. Bu gün Suriya ilə bağlı əməkdaşlığımızın geniş spektri mümkündür. Bura ərazilərin minalardan təmizlənməsi, deeskalasiya zonalarında birgə patrul xidməti, humanitar yardım göstərmək, infrastrukturun bərpası aiddir. Beynəlxalq terrorçuluqla mübarizədə və ümumi təhlükəsizliyin təmin olunmasında birliyimizi nümayiş etdirən dəstəyinizə ümid edirik".
MDB İcraiyyə Komitəsinin katibi Sergey Lebedev isə təşkilata üzv ölkələri xaricdən ixrac edilən “rəngli inqilablar” və digər stabilliyi pozan faktorlara qarşı birgə mexanizmlər hazırlamağa çağırıb: “Heç kim ölkələrimizə təhlükəsizliyi təmin etməyin effektiv reseptini verməyəcək. Biz özümüz ərazimizdə stabilliyin təmin olunmasına cavabdehik və stabilliyi pozan faktorlara qarşı birgə mexanizmlər formalaşdırmalıyıq. Vacib tapşırıq bizim çoxillik əlaqələrimizi pozmaq cəhdlərinə, ümumi və milli maraqlarımıza olan təhdidlərə qarşı mübarizə aparmaqdır”. O, nümunə kimi beynəlxalq hüququn əsas prinsiplərindən biri olan suveren dövlətlərin daxili işlərinə müdaxilə etməmək prinsipinin pozulmasını qeyd edib: “Bir çox halda biz silahlı müdaxilənin şahidi oluruq. Bu gün Suriyada BMT Nizamnaməsinə zidd, qanuni hakimiyyətin razılığı olmadan müxtəlif ölkələrin silahlı qüvvələri var və onlar döyüşlərdə iştirak edirlər. Təbii ki, belə hal beynəlxalq münasibətlər sistemini dağıdır. Bu fəaliyyət “rəngli inqilablar” ixracının davamıdır. Təəssüf ki, rəqiblərimiz bu strategiyanı MDB məkanında yaymağa cəhd edirlər”. Lebedev onu da deyib ki, ənənəvi təhlükəsizlik institutları olan BMT və ATƏT kimi təşkilatlar bu təhlükələrə qarşı effektiv mübarizə aparmaq iqtidarında deyil: “Müasir çağırışlar və təhdidlərin ayrıca bir dövlət tərəfindən neytrallaşdırılması mümkün deyil. Ona görə də MDB məkanında sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün inteqrasiya imkanlarından maksimal istifadə, birgə fəaliyyətin koordinasiyası vacibdir”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
“Sarı jiletlər” Fransada şənbə gününə yeni aksiya təyin edib
13.12.2018
“Türk Hava Yolları” bu il 70 milyona yaxın sərnişin daşıyıb
13.12.2018
“Brexit”: Tereza Mey etimad səsverməsində qalib gəlib
12.12.2018
Türkiyə Suriyada yeni əməliyyata başlayır
11.12.2018
Makron sükutu pozdu, “Sarı jilet”lər aksiyasının 5-ci aktına çağırış edildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər
5 Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info