Aşıq Şəmşirin anadan olmasının 125 illiyi UNESCO-da qeyd edilib
Tarix: 07.06.2018 | Saat: 10:02:00 | E-mail | Çapa göndər



Parisdə, UNESCO-nun mənzil-qərargahında “Qeyri-maddi mədəni irsin mühafizəsi haqqında Konvensiya”nın iştirakçı dövlətlərinin Baş Assambleyasının 7-ci sessiyası keçirilib. Sessiya çərçivəsində, habelə UNESCO-da akkreditasiyadan keçmiş qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə UNESCO QHT Forumu baş tutub.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, UNESCO QHT Forumunda Aşıq Şəmşirin anadan olmasının 125 illiyi qeyd edilib. İctimai birliyin nümayəndəsi Fazil Qasımov forumda Aşıq Şəmşirin ədəbi irsi haqqında ətraflı məlumat verib. Azərbaycanın aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da məsləhətçi statusu qazanması ilə ölkəmizdə bu sənətin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Fazil Qasımov milli mədəniyyətin qorunub saxlanmasında xalq musiqisinin əvəzsiz rolunu vurğulayıb.
Fazil Qasımov, həmçinin UNESCO-nun qeyri-maddi mədəni irs şöbəsinin müdiri Tim Kurtis ilə görüşüb. Görüşdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO ilə əməkdaşlığının yeni layihələrlə daha da genişlənəcəyinə əminlik ifadə olunub. Fazil Qasımov Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə ithaf olaraq düzəldilmiş sazı və sənətkarın ifa etdiyi 75 saz havasından ibarət diski UNESCO-nun sözügedən şöbəsinə hədiyyə edib.
Qeyd edək ki, sessiya ərzində Baş Assambleyanın keçirildiyi binada “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin stendi qurulub. Ziyarətçilərə Azərbaycanın qeyri-maddi mədəni irsi, aşıq sənəti və ictimai birliyin fəaliyyəti barədə məlumat verilib.




 
Bölməyə aid digər xəbərlər
14.06.2018
“Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşr işıq üzü görüb
14.06.2018
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Libermanla görüşüb
14.06.2018
Aşıq Kamandar yad edilib
14.06.2018
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
13.06.2018
Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info