Doyunca yatmamaq insanı genetik səviyyədə dəyişə bilir
Tarix: 07.06.2018 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Pensilvaniya Universiteti nəzdindəki Perelman Tibb Məktəbində aparılan yeni tədqiqatların nəticələri sübut edib ki, yuxusuzluq və psixoloji stress səbəbindən mikroRNT (ribonuklein turşusu) dəyişilir. Kodlaşdırılmayan bu kiçik RNT molekulları genin ekspressiyasında mühüm rol oynayır. Alimlərin apardıqları təcrübədə 27-53 yaş arası 32 sağlam insan iştirak edib.
AZƏRTAC xəbər verir ki, ilk iki gün eksperiment iştirakçıları 8 saat yatıblar. Sonra onlar 39 saat ərzində qətiyyən yatmayıblar. Bundan sonra iştirakçılar daha 2 gecə 8-10 saat yatıblar. Alimlər 6 dəfə qan nümunələri götürərək, iştirakçıların plazmasında mikroRNT-ni öyrəniblər. Könüllülər, həmçinin bir neçə dəfə koqnitiv testlərdən keçiblər.
Tədqiqatçılar aşkar ediblər ki, könüllülərdə yatmamaq səbəbindən 10 mikroRNT, yuxu azlığı və psixoloji stress səbəbindən isə 18 mikroRNT dəyişilib. Diqqətlə bağlı aparılan testin nəticələrində 14, əqli məhsuldarlığın 7, yaddaşın isə 10 mikroRNT dəyişməsi qeydə alınıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Sürücüsüz avtomobillər nəqliyyatın hərəkəti üçün problemə çevrilə bilər
16.10.2018
Avtomobillərlə 27 yazdılar
16.10.2018
Gün ərzində nə qədər çörək yemək olar?
16.10.2018
Əsnəmək nədir?
16.10.2018
İngiltərənin tarixi adası satışa çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10282

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info