Qəbələdə “Tarixin canlı səhifələri” adlı VI gənclər festivalı olub
Tarix: 07.06.2018 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyləri münasibətilə Qəbələ rayonunda “Tarixin canlı səhifələri” adlı VI Gənclər Festivalı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Dövlət Sərhəd Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Vəndam qəsəbəsində keçirilən festivalda müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması peşəkar artistlər və tələbələr tərəfindən tarixi faktlar əsasında hazırlanan tamaşada nümayiş olunub. Hər tərəfi dağlarla əhatə olunan yaşıl sahədə qurulan səhnədə keçirilən festivalda Akademik Milli Dram, Gənc Tamaşaçılar, Rus Dram, Şəki Dövlət Dram və Mingəçevir Dövlət Dram teatrlarının aktyorları çıxış ediblər.
Layihənin elmi rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, rejissoru Xalq artisti Vaqif Əsədov, ssenari müəllifi filologiya elmləri doktoru, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmlidir.
Festival çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş xüsusi dekorasiyalı sərgi təqdim olunub. Gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb tarixini, 1918-ci ilin mart soyqırımını, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını və 23 aydan sonra süqut etməsini gənclərə əyani olaraq çatdırmaq məqsədilə keçirilən festival maraqlı səhnəciklərlə yadda qalıb. Tamaşa 1918-ci ilin martında azərbaycanlıların Novruz bayramını qeyd edərkən qəflətən quldur ermənilərin hücumuna məruz qalması və amansızlıqla qətlə yetirilməsi səhnəsi ilə başlayıb. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, insanların o dövrdəki yaşayışı milli geyimli aktyorlar tərəfindən peşəkarlıqla canlandırılıb.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbər şəxsləri, eləcə də 1500-dən çox aktyor, xalq sənətkarı, gənclər və məktəblilər iştirak ediblər.
Festival atəşfəşanlıqla başa çatıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər
21.03.2019
Naxçıvanda yeni məscid inşa olunur
21.03.2019
Qarabağa şölə saçan Novruz tonqalları
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info