Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
Tarix: 07.06.2018 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


Sahil Babayev: “Əmək bazarının iqtisadi inkişaf prosesinə uyğun tənzimlənməsində şəffaflığın təmin edilməsi, bu sahədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rolunun artırılması və beynəlxalq innovativ təcrübələrdən irəli gələn səmərəli iş mexanizmlərinə malik olması üçün ciddi islahatlar aparılmalıdır.”

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi məsələlərinin müzakirəsi, bu sahədə qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə müşavirə keçirib.
S.Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizdə yeni iş yerlərinin açılmasının daimi xarakter aldığını, əhalinin məşğulluq səviyyəsinin artdığını, əmək bazarında sabitlik və inkişaf tempinin mövcud olduğunu vurğulayıb. Nazir, eyni zamanda, əmək bazarında qanunvericiliyin icrasına nəzarət, işçi hüquqlarının təminatı prinsiplərinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Bu istiqamətdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin hazırda tələb olunan səviyyədə olmadığını qeyd edən S.Babayev bildirib ki, ilk növbədə əmək müfəttişliyi sistemində, məmur-sahibkar münasibətlərində şəffaflıq tam təmin edilməli, korrupsiyaya şərait yaradan halların qarşısı alınmalı, vətəndaş müraciətlərinin hər biri ilə bağlı qısa vaxtda, operativ araşdırmalar aparılmaqla nəticəsinə əsasən qanunauyğun tədbirlər görülməli, bu sahədə süründürməçilik hallarına yol verilməməlidir.
Nazir qeyri-rəsmi məşğulluğun qarşısının alınmasının mühüm sosial-iqtisadi əhəmiyyətini qeyd edib. O bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti dövlət başçısının 2017-ci il 09 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrasında konkret nəticələrə nail olmaqla, qeyri-rəsmi əmək münasibətlərinin leqallaşdırılması sahəsində məqsədyönlü tədbirlərlə ölkənin sosial-iqtisadi inkişafına öz dəyərli töhfəsini verməlidir. Bu sahədə nazirliyin elektron informasiya sisteminin aidiyyəti dövlət qurumlarının elektron informasiya sistemlərinə inteqrasiyası vacib əhəmiyyət daşıyır.
S.Babayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsünə əsasən, qəbul edilmiş qanunla sahibkarlıq subyektlərində yoxlamaların aparılması 2021-ci ilədək dayandırılıb və bu qanunun tələblərinə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən də ciddi riayət olunmalıdır. “ASAN Xidmət”in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sahələrində aparılan monitorinqlərin nəticələri ilə bağlı Xidmət aidiyyəti araşdırmalarını operativ şəkildə yerinə yetirməlidir. Bununla bərabər, bu sahədə tətbiq edilən “ASAN Xidmət” modelinin əmək müfəttişlyi sistemi tərəfindən tətbiqi, eyni zamanda, əmək hüquqlarının təminatına nəzarət mexanizminin qabaqcıl beynəlxalq təcrübə əsasında elektron nəzarət sistemi üzərindən həyata keçirilməsi, “elektron protokol” layihəsinin tətbiqi məqsədəuyğun ola bilər.
Nazir diqqətə çatdırıb ki, istehsalat qəzaları ilə bağlı təhqiqat işlərinin aparılmasında operativlik artmalı və adekvat tədbirlər görülməli, eyni zamanda, belə qəzaların qarşısının alınması, ümumən əməyin təhlükəsizliyi üçün önləyici tədbirlər barədə işəgötürənlərin geniş məlumatlandırılması, istehsalatda baş verən bədbəxt hadisələrin səbəblərinin təhlil olunaraq, belə hadisələrin baş verməməsi üçün preventiv tədbirlərlə əlaqədar aidyyəti qurumlara müvafiq təkliflər verilməsi işləri aparılmalıdır. Habelə, əmək qanunvericiliyinin pozulması halları ilə bağlı inzibati tədbirlərin görülməsi ilə iş yekunlaşmamalı, müvafiq sahədə işəgötürənlərə fəal şəkildə metodiki dəstək göstərilməlidir. Xidmət öz fəaliyyətini nazirliyin digər struktur bölmələri, xüsusilə də nazilrik yanında Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu ilə əlaqəli, habelə sosial tərəfdaşlarla – həmkarlar və işəgötürənlər təşkilatları ilə fəal əməkdaşlıq müstəvisində qurmalı və bu fəaliyyət işçi hüquqlarının müdafiəsində vətəndaş məmnunluğuna səbəb ola biləcək praktik nəticələri özündə ehtiva etməlidir.
Nazir vurğulayıb ki, ümumilikdə əmək bazarı iştirakçılarının qanuni mənafelərinin qorunmasında və ümumən əmək bazarının iqtisadi inkişaf prosesinə uyğun tənzimlənməsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rolunun artırılması və beynəlxalq innovativ təcrübələrdən irəli gələn səmərəli iş mexanizmlərinə malik olması üçün ciddi islahatlar aparılmalıdır. Nazir bununla bağlı təkliflər paketinin hazırlanmasını tapşırıb.
Müşavirədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində mövcud vəziyyət müzakirə olunub, qarşıda duran vəzifələr müəyyən edilib, müvafiq tapşırıqlar verilib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
İsmayıllı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib
10.12.2018
“ASAN xidmət”dən fərqli aksiya
10.12.2018
Qeyri-rəsmi məşğulluqla əlaqədar seminar-müşavirə keçirilib
07.12.2018
“Əlillik qüsur deyil” kitab-albomu digər dillərdə də nəşr olunacaq
07.12.2018
330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
5 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib


11.12 01:06 10 Dekabr 2018 23:31 (UTC+04:00) Bakı. Trend: CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,54 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 4,3 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 4,24 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,28 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 4,2 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən “Brent Dated“ etalon növlü neftin son qiyməti 61,6 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 4,25 dollar/barel çoxdur. Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram“da izləyin Məqalədə: bahalaşma Azərbaycan neftinin qiymətləri inShare Digər xəbərlər Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 10 Dekabr 22:03 Azərbaycan nefti ucuzlaşıb Energetika 7 Dekabr 23:34 Azərbaycan nefti bahalaşır Energetika 6 Dekabr 23:40 Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 6 Dekabr 22:02 Azərbaycan nefti bahalaşıb Energetika 5 Dekabr 23:40 Azərbaycan nefti bahalaşdı Energetika 4 Dekabr 23:42 Xəbər lenti Prezident İlham Əliyev İnstagram-da ən populyar postsovet məkanı liderləri arasında Siyasət 01:01 Stokholmda Nobel mükafatı laureatlarının təltif edilmə mərasimi keçirilib Dünya xəbərləri 00:15 Makron Fransada fövqəladə vəziyyət elan edib Dünya xəbərləri 10 Dekabr 23:46 Lənkəranda 46 yaşlı kişi xalasının evindən itkin düşdü Gündəm 10 Dekabr 22:47 Ekologiya və təbii sərvətlər naziri Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edib Cəmiyyət 10 Dekabr 22:22 Ermənistan Türkiyə ilə əlaqələr qurmağa hazırdır, amma... Dünya xəbərləri 10 Dekabr 22:21 Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 10 Dekabr 22:03 Sürücülərin nəzərinə! “BakuBus” maaşları artırıb, əlavə işçi axtarır İqtisadiyyat 10 Dekabr 21:48 Binəqədidə yeniyetmə söyüşə görə tanımadığı şəxsi bıçaqladı... Gündəm 10 Dekabr 21:08 Ən çox oxunanlar Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO) Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO) David Şahnazaryan: Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir Bakıda bədii gimnastika üzrə 5-ci Regionlararası Kubokun mükafatlandırma mərasimi keçirilib (FOTO) Mariana Vasileva: Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə idmanın və incəsənətin inkişafına böyük töhfə verirlər Nəzər nöqtəsi Analitik: Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir Analitik: Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir Ekspert: Saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı Ermənistan üçün yaxşı heç nə vəd etmir Deputat: Ermənistanda seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi açıq-aydın ortadadır Politoloq: Ermənistanın siyasi, iqtisadi və digər müstəvilərdə məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər Azernews Newspaper
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info