Türkiyə ictimaiyyəti: “Ən yaxın dostumuz Azərbaycandır”
Tarix: 07.06.2018 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Kadir Has Universiteti Türkiyə Tədqiqatları Mərkəzinin hər il reallaşdırdığı “Türk Xarici Siyasəti ictimai fikri araşdırma”sının 2018-ci il üçün nəticələri açıqlanıb. Türkiyənin 26 vilayətində 18 yaşdan yuxarı min nəfər arasında reallaşdırılan anketdə, Türkiyənin başda Suriya, İsrail, ABŞ və Avropa Birliyi (AB) ilə ikitərəfli əlaqələri olmaqla, türk xarici siyasətinə istiqamət verən hadisələr haqqında suallar öz əksini tapıb.

Xarici siyasətdə ən böyük problem bu il Suriyadır
Tədqiqatın nəticələrinə görə, terrorla mübarizə xarici siyasət problemi hesab edilir və diqqətəlayiqdir ki, ciddi bir azalma var. Suriya məsələsi, bu il türk xarici siyasətinin ən əhəmiyyətli problemi olaraq qəbul edilir. Fələstin və İsrail arasındakı gərginliyin artması ilə İsraillə münasibətləri ciddi bir artımla xarici siyasət problemi olaraq göstərilir. Terrorla mübarizəni problem olaraq qiymətləndirənlərin nisbəti 30 faiz nisbətində azalaraq 14,1 faizə enərkən, Suriya problemini türk xarici siyasətinin əsas gündəmi olaraq görənlərin payı 26 faizə yüksəlib.

“Ən yaxın dost Azərbaycan, ən böyük təhlükə ABŞ-dır”
“Türkiyənin ən yaxın dostu hansı ölkədir” - sualına iştirakçılar keçən il olduğu kimi, yenə də “Azərbaycan” cavabını veriblər. Ötən il 71,3 faiz Azərbaycanı ən yaxın dost ölkə adlandırıb ki, bu il də sorğuda iştirak edənlərin 59 faizi bunu bir daha təsdiq edib.
Türkiyə üçün təhdid olaraq görülən ölkələr variantında bu il də ABŞ 60,2 faizlik bir nisbət ilə ən böyük təhdid olaraq göstərilir. İkinci ən böyük təhdid yaradan ölkə isə 54,4 faizlə İsrail olub. AB ölkələri bu il 25,9 faizlik nisbətlə Türkiyəyə istiqamətli təhdid meydana gətirən ölkələr arasında üçüncü sırada yer aldığı halda, Suriyanı təhdid olaraq görənlərin nisbətləri 7,4 faiz artaraq 24,1 faizə yüksəlib. Rusiyaya qarşı təhdid hisləri aşağı istiqamətdə davam edir.
Araşdırmaya görə, “Türkiyə islam ölkəsidir” deyənlərin nisbəti 16,4 faiz artaraq 56,3 faiz olub. Türkiyəni Avropa ölkəsi kimi düşünənlərin nisbəti bu il 13,3 faiz azalaraq 19,4 faizə, Yaxın Şərq ölkəsi olaraq düşünənlərin nisbəti isə 4,1 faiz azalaraq 18,9 faizə düşüb.
Xarici siyasətdə əsas həlledici və icraedici şəxs kimi prezident hesab edilir. 2017-ci ildə “Sizcə, Türkiyədə xarici siyasəti hansı qurum həyata keçiri” - sualına “Prezident” cavabı verənlər 69,2 faiz olmuşdu. Bu il isə sorğuya qatılanların 68,8 faizi ölkə başçısının adını qeyd edib. Xarici siyasətin qurulmasında hökumət, Milli İstihbarat Təşkilatı və Baş Qərargahın təsirinin azaldığı qeyd edilir. Xarici İşlər Nazirliyinin təsiri isə artır. İctimaiyyət ABŞ-ı etibarsız ölkə kimi qəbul etməkdədir. Lakin belə düşünənlərin sayında 9,6 faiz azalma müşahidə edilir. ABŞ-ı düşmən ölkə kimi qəbul edənlər təxminən 10 faiz artıb və 6,7 faizdən 16,2 faizə çatıb. İctimaiyyətin proporsional əksəriyyəti, Türkiyə ilə olan əlaqələri baxımından ABŞ-ı mənfi qiymətləndirməkdədir.
"Rusiya ilə Türkiyə arasındakı əlaqələri necə qiymətləndirirsiniz” - sualına "əməkdaşlıq var" şəklində cavab verənlərin nisbəti 18,1 faiz artaraq 46,5 faizə yüksəlib. İctimaiyyət Türkiyə ilə Rusiya arasında enerji və turizm sahəsində əməkdaşlıq olduğunu ifadə edib. Türkiyə ilə Rusiya arasında əlaqələrin düşməncə olduğunu düşünənlərin ən əhəmiyyətli səbəbi Rusiyanın Suriyada PYD / YPG güclərinə dəstək verməsi olub.
Anketin nəticələri Türkiyənin Suriya ilə bağlı siyasətinin müvəffəqiyyətli olduğunu göstərib. Xalqın 41,4 faizi Suriya siyasətini ümumilikdə uğurlu gördüyü halda, “Fırat qalxanı” əməliyyatını dəstəkləyənlər 53,5 faiz, “Zeytun budağı”na dəstək verənlər isə 56 faiz olub.
Suriyalı miqrantlarla bağlı məmnuniyyət nisbətinin 2017-ci ilə görə artdığı müşahidə edilir. Ölkəyə gələcək miqrantların sayına sərhəd qoyulması fikirləri artım göstərib.
Araşdırmada diqqətçəkən bir başqa ünsür Türkiyə xalqının AB-yə üzvlük prosesinə verdiyi dəstəkdə bu il artım yaşanmasıdır. Belə ki, Türkiyənin AB üzvlüyünü dəstəkləmə nisbəti, 55,1 faiz olaraq müəyyənləşib. Ali təhsilli şəxslərin 60,4 faizi AB prosesini dəstəkləyir. "Türkiyə AB-yə heç bir zaman tam üzv ola bilməyəcək" deyənlərin nisbəti 2015-ci ildə 47,6 faiz idi. Bu nisbət keçən il 81,3 faizə çatdığı halda, bu il 71,5 faiz olub. Bütün mənfi amillərə baxmayaraq, ictimaiyyət AB ilə üzvlükdən kənar alternativ bir modelin yaradılmasını dəstəkləmir və AB ilə danışıqların dayandırılacağına inanmır.
Yunanıstanın siyasi şərhlərinin təsiri göz qarşısında saxlanıldığında, Türkiyə ilə Yunanıstan arasındakı problemin 2017-ci ilə görə artdığı göstərilib. “Sizcə, Türkiyə və Yunanıstan arasında problem varmı” sualına “bəli” deyə cavab verənlərin faizi keçən ilə görə 13,3 artaraq 67 faizə yüksəlib. Türkiyə və Yunanıstan arasındakı ən əhəmiyyətli problem keçən il Kipr problemi olduğu halda, bu il Ege adalarının silahlandırılması olaraq görülür.
Türk xalqının 70 faizi Türkiyənin NATO üzvlüyünü davam etdirməsinin lazım olduğunu müdafiə etdiyi halda, Türkiyənin beynəlxalq təhlükəsizliyini NATO dəstəyi olmadan təmin edə biləcəyini düşünənlərin nisbəti 48 faiz olub.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.06.2018
“Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
13.06.2018
“II Qaregin dindarların kilsədən üz döndərmələrinə xidmət edir”
11.06.2018
Erməni ekspert: “Köçəryan və Sarkisyan istintaqa ifadə verməlidirlər”
04.06.2018
“TANAP Şərq ilə Qərb arasında enerji dəhlizidir”
29.05.2018
Ermənistanın xarici borcu təhlükəli səviyyəyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9452

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info