Bilik Fondu “Kaspi” liseyində müsabiqə qaliblərini mükafatlandırdı
Tarix: 08.06.2018 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Prezident yanında Bilik Fondunun təşkilatçılığı ilə “Kaspi” liseyində “Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz” mövzusunda keçirilmiş bilik müsabiqəsinin qalibləri mükafatlandırılıb. Bilik Fondunun Mətbuat xidmətindən “Palitra”ya bildiriblər ki, müsabiqə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə əlaqədar olaraq Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində keçirilib. “Kaspi” liseyinin (Xətai) direktoru Asif Əzizov iştirakçıları Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edərək məktəblilərin əldə etdikləri uğurlardan bəhs edib. Direktor belə müsabiqələrin keçirilməsinin Cümhuriyyət tariximizin daha dərindən mənimsənilməsinə yardım etdiyini, həmçinin gənclər üçün stimullaşdırıcı rol oynadığını da əlavə edib. Mərasimdə iştirak edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov cəmi 23 ay ömür sürmüş Cümhuriyyətimizin şərəfli tarixindən söz açıb, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Cümhuriyyət qurucularına böyük ehtiramından danışıb. O.Səmədov “Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz” mövzusunda bilik müsabiqəsinin ümumrespublika səviyyəsində keçirildiyini və müsabiqəyə orta məktəblərlə yanaşı, kolleclərin, ali təhsil ocaqlarının da qatıldığını vurğulayıb. Bilik Fondunun həyata keçirdiyi maarifləndirici layihələrdən söhbət açan icraçı direktor şagirdləri bundan sonra da belə layihələrə qoşulmağa səsləyib. Müsabiqənin qaliblərinə Bilik Fondunun diplomları və Cümhuriyyət tarixindən bəhs edən kitab hədiyyələri təqdim olunub. “Kaspi” liseyinin şagirdləri vətənpərvərlik ruhlu şeirlər səsləndiriblər.




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər
21.03.2019
Naxçıvanda yeni məscid inşa olunur
21.03.2019
Qarabağa şölə saçan Novruz tonqalları
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info