“Cismani peyzajlar” “YAY” qalereyasında sərgilənir
Tarix: 08.06.2018 | Saat: 01:56:00 | E-mail | Çapa göndər



İyunun 7-də “YAY” qalereyasında “Cismani peyzajlar” adlı qrup sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə rəssamlar Eldar Qurban, Mirnadir Zeynalov, Niyaz Nəcəfov, Aida Mahmudova, Əmrulla İsrafilov və Səbinə Şıxlinskayanın əsərləri yer alıb. Sərgidə müxtəlif peyzajlar nümayiş olunur. Bu peyzajlarda təbiət insani cizgilər kimi təsvir olunur və insan bədəni obyektivləşdirilərək, hər hansı gender mənsubiyyətindən ayrılma, dünyəvi forma və rənglər, daxili durumun parlaq proyeksiya səthlərində yoxolma təəssüratını yaradır.
İnsan vücudu və peyzaj... hər ikisi, eyni amala qulluq edir. İncəsənət tarixi boyunca bu iki mövzu bədii məzmun üçün material qismində çıxış edərək xırdalanıb, dağıdılıb və təkrar yığılıb, həmçinin müxtəlif texnika və üslubların araşdırılması məqsədilə hərtərəfli təhlil edilib. Uzun müddət qadın bədəni kişi nöqteyi-nəzərinin əsas ilham pərisi kimi istifadə edilsə də, son zamanlar bu tendensiya qarşı tərəfdə də müşahidə olunur və qadın nöqteyi-nəzəri də bərabər səviyyədə inkişaf edir.
XX əsrin əvvəllərində tanınmış holland rəssamı Pit Mondrian qadın (maddi) və kişi (mənəvi) elementlərini birləşdirən, qeyri-binar varlıq kimi qiymətləndirilən rəssam haqqında nəzəriyyə işləyib hazırlayıb. Həmin dövrdə bir çox nəzəriyyəçilər və rəssamlar hələ də bipolyar gender identifikasiyası ilə bağlı incəsənətin “qadın” və “kişi” komponentlərindən bəhs edən oxşar nəzəriyyələri həyata keçirməyə cəhd göstərirdilər.
Sərgi sentyabrın 1-dək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
14.06.2018
“Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşr işıq üzü görüb
14.06.2018
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Libermanla görüşüb
14.06.2018
Aşıq Kamandar yad edilib
14.06.2018
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
13.06.2018
Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info