Musiqili Teatrın azyaşlı aktyoru mükafata layiq görülüb
Tarix: 08.06.2018 | Saat: 02:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Azerbaijan Golden Kids Awards-2018” layihəsinin qalibləri sırasında Musiqili Teatrın 13 yaşlı aktyoru Rahib Məmmədzadə də var.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, azyaşlı aktyor teatr və kino sahəsində indiyə qədər qazandığı uğurlarına görə bu layihədə “Ən yaxşı teatr və kino aktyoru” nominasiyasının qalibi olub.
R.Məmmədzadə Musiqili Teatrın səhnəsində Üzeyir Hacibəylinin “O olmasın, bu olsun” tamaşasında kütləvi səhnələrdə iştirak edib. Sonra o, “Yatmış gözəl və cırtdanlar” tamaşasında Şahzadə Villi obrazında səhnəyə çıxıb. Bundan başqa, “Baladadaşın toy hamamı” tamaşasında Baladadaşın balaca dostu Ağanəcəf rolunu ifa edib. Bu roluna görə R.Məmmədzadə teatr rəhbərliyinin hər mövsümün sonunda təşkil etdiyi mükafatlandırma mərasimində “Mövsümün ən yaxşı uşaq rolunun ifaçısı” diplomu ilə təltif olunub.
Bir çox beynəlxalq tədbirlərdə iştirak edən Rahib Türkiyədə keçirilən 23 aprel – Uşaq Festivalında iştirak edib. O, hazırda Antuan de Sent-Ekzüperinin məşhur əsəri əsasında teatrda hazırlanan “Balaca şahzadə” tamaşasında Balaca Şahzadə obrazı üzərində çalışır.




 
Bölməyə aid digər xəbərlər
14.06.2018
“Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşr işıq üzü görüb
14.06.2018
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Libermanla görüşüb
14.06.2018
Aşıq Kamandar yad edilib
14.06.2018
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
13.06.2018
Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info