Azərbaycan musiqisi və rəqsləri Vaşinqtonun mərkəzində
Tarix: 08.06.2018 | Saat: 09:41:00 | E-mail | Çapa göndər



ABŞ-da səfərdə olan Azərbaycanın Ritm rəqs qrupunun üzvləri iyunun 7-də ABŞ Prezidentinin iqamətgahının - Ağ Evin yaxınlığında konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Ritm rəqs qrupu Azərbaycanın ABŞ-dakı səfirliyinin dəvəti ilə Cümhuriyyətin 100 illik yubiley tədbirində iştirak etmək üçün Vaşinqtonda səfərdədir.
Ronald Reyqan Beynəlxalq Ticarət Mərkəzinin rəsmisi Alison Makkiten bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə ölkəmizi təbrik edib. O, yubiley münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzinin dəstəyi ilə baş tutan konserti açıq elan edib.
Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzinin dəstəyi ilə keçirilən, ictimaiyyətə açıq olan konsert proqramında Ronald Reyqan binasının heyəti, buraya axın edən turistlər və şəhərin sakinləri ayaq saxlayaraq Azərbaycan musiqisinin incəliklərindən zövq alıblar. Qrup tərəfindən Azərbaycanın milli zərb və nəfəs alətləri ilə ifa olunan musiqi əcnəbiləri özünə cəlb edib və sürəkli alqışlarla qarşılanıb. Bir saat davam edən konsert proqramı çərçivəsində Azərbaycanın xalq mahnıları, o cümlədən “Sarı gəlin” musiqisi ifa olunub. Musiqiçilər, həmçinin ölkəmizin milli rəqslərini ifa edib və tamaşaçıları səhnəyə dəvət edərək onlarla birlikdə Yallı rəqsini ifa edib.
Ritm rəqs qrupu iyunun 5-də ABŞ-ın əsas tədbirlərinin keçirildiyi Endryu Melon Auditoriyasında min nəfərədək qonağın qatıldığı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Silahlı Qüvvələr gününə həsr olunmuş tədbirdə uğurla çıxış etmişdir. Gənc musiqiçilər iyunun 6-da Ağ Evin qarşısında qeyri-rəsmi şəkildə nağara ilə Azərbaycan musiqisini ifa etmişlər.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın adını daşıyan Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzində ABŞ-ın İnkişaf Agentliyi, Gömrük və Sərhəd Mühafizəsi Xidməti və Elm Xadimləri üçün Beynəlxalq Vudrou Uilson Mərkəzi yerləşir. Bu bina, həmçinin ABŞ-ın əsas sosil, iqtisadi və mədəni tədbirlərinə ev sahibliyi edir.




 
Bölməyə aid digər xəbərlər
14.06.2018
“Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşr işıq üzü görüb
14.06.2018
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Libermanla görüşüb
14.06.2018
Aşıq Kamandar yad edilib
14.06.2018
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
13.06.2018
Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info