Şəmkirdə uşaq bağçası təmirdən sonra istifadəyə verilib
Tarix: 08.06.2018 | Saat: 12:17:00 | E-mail | Çapa göndər


Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən körpələr evi-uşaq bağçası “BP Azerbaijan” şirkətinin dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra körpələrin istifadəsinə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bağçada uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hər cür şəraitin yaradıldığını bildirib.
İcra hakimiyyətinin başçısı qeyd edib ki, bu gün Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın uşaqlara xüsusi diqqət və qayğı göstərməsi ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamı və məntiqi nəticəsidir.
“BP Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışında bildirib ki, bu cür layihələrin icra edilməsi, ümumilikdə, uşaqların sosial müdafiəsinin gücləndirilməsində, onların bilikli, savadlı və intellektual şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır.
Vitse-prezident belə layihələrin bundan sonra da davam edəcəyini bildirib.
Əsaslı təmir olunan, müasir tələblərə cavab verən binada uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb, otaqlar bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz edilib.
Sonda mərasim iştirakçıları bağçada uşaqlar üçün yaradılmış şəraitlə tanış olublar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.06.2018
“Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı var“
14.06.2018
Avtovağzallara pasportlar təqdim edilib
14.06.2018
Gələn il Xaçmazda toxum emalı fabriki istifadəyə veriləcək
13.06.2018
“Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda zona müşavirəsi
13.06.2018
Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info