Ötən ay Naxçıvanda 200-dən çox işaxtaran işlə təmin olunub
Tarix: 08.06.2018 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Ötən ay muxtar respublikanın məşğulluq mərkəzləri tərəfindən 207 işaxtaran müxtəlif sahələrdə işlə təmin olunub. Onların 46-sı gənc, 47-si qadın, 8-i sağlamlıq imkanları məhdud şəxs, 6-sı isə ünvanlı sosial yardım təyini üçün müraciət edənlərdir. Həmçinin 31 nəfər ictimai, 36 nəfər isə mövsümi xarakterli müvəqqəti işlərə göndərilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əhalinin məşğulluğunun təmin edilməsi tədbirləri çərçivəsində uzun müddət ünvanlı dövlət sosial yardımı alan 9 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara, cəzaçəkmə müəssisəsindən azad edilmiş 1 şəxsə arı yeşiklərinin hazırlanması, 2 nəfərə isə fərdi xalçaçılıq sahəsi üçün zəruri avadanlıqlar verilib. Bundan başqa, kənd xidmət mərkəzlərində fəaliyyət göstərən bərbərxana, gözəllik salonu və dərzi sexlərində 5 bərbər-manikürçü və 1 dərzi işlə təmin edilib.
Məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə məhdudiyyətli şəxslər üçün brayl əlifbası ilə “Könül işığı” adlı jurnalın növbəti nömrəsi çap olunub, audiokitabxana xidmətindən istifadə edən görmə məhdudiyyətli şəxslər tərəfindən 956 əsər dinlənilib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info