AAK təmsilçiləri Avropa Parlamentinin üzvləri ilə görüşüblər
Tarix: 08.06.2018 | Saat: 13:18:00 | E-mail | Çapa göndər


Avropa Azərbaycanlıları Konqresinin təmsilçiləri Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Avropa ölkələrində təşkil edilən
tədbirlər çərçivəsində Avropa Parlamentinin üzvləri ilə görüşüblər. Bu
barədə AAK prezidenti Sahil Qasimov məlumat verib.
İlk görüş Avropa Parlamentinin Bolqarıstandan olan millət vəkili İlhan
Kuçuklə keçirilib. O bildirib ki, Parlament üzvləri ilə görüş böyük əhəmiyyət
daşıyır və hər bir dövlətin diaspora təşkilatları Avropa Parlamenti ilə six
əlaqədə olmalı, ölkələri haqqında çıxarılan qərəzli, haqsız qərarlara görə
hesabat tələb etməlidirlər. İ.Kuçuk Azərbaycanın Brüseldəki səfirliyi ilə sıx
əməkdaşlıq etdiyini və Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə
çalışdığını deyib.
Növbəti görüş Avropa Parlamentinin Latviyadan olan üzvü İveta
Qriqule ilə keçirilib və hər iki deputatla Avropadakı Beynəlxalq təşkilatlarla
əməkdaşlıq imkanları müzakirə olunub.
Sonda Parlament üzvlərinə ingilis dilinə tərcümə olunmuş "Əli və
Nino"kitabı hədiyyə edilib.
AAK-ın prezidenti və idarə heyətinin üzvləri Azərbaycan
Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda
fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı
yanında nümayəndəliyinin rəhbəri Fuad İsqəndərovun dəvəti ilə ADR-ın
100 illiyi münasibəti ilə əlaqədar təşkil edilən rəsmi qəbulda istirak ediblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Akif Əlizadə AMEA prezidenti vəzifəsinə təsdiq edilib
23.06.2018
Namiq Əliyev: “Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır ”
23.06.2018
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik yubileyi qeyd edilib (Yenilənib)
22.06.2018
“Sevindirici haldır ki, QHT-lərin 99 faizi dövlətçiliyi təbliğ edir”
22.06.2018
Bilik Fondu Folklor İnstitutunda

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9447

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info