Səmərqənddə “Azərbaycan Mədəniyyət Həftəsi” keçiriləcək
Tarix: 08.06.2018 | Saat: 13:26:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı, Səmərqənd şəhər Hakimiyyəti, Səmərqənd Vilayəti üzrə Azərbaycan Cəmiyyətinin dəstəyi ilə ölkənin ikinci böyük şəhəri olan Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi” keçiriləcək.
Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 15 iyun – Milli Qurtuluş gününə həsr olunacaq.
Cari ilin 9-11 iyun tarixlərində keçiriləcək “Azərbaycan mədəniyyəti həftəsi” tədbirləri çərçivəsində Səmərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı olacaq.
Növbəti gün isə Səmərqənd şəhərinin mərkəzində yerləşən Həmid Alimcan adına Səmərqənd Vilayət Musiqili Dram Teatrının qarşısında – açıq havada “Cümhuriyyətinin 100 illik yubileyi mübarək, Azərbaycan!” adlı tədbir və möhtəşəm konsert proqramı keçiriləcək.
Tədbirdə Özbəkistanın tanınmış musiqiçilərinin, habelə azərbaycanlı saz ustalarının, milli geyimli rəqs kollektivlərinin çıxışları təqdim olunacaqdır. Həmçinin, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yeni milli geyimlər kolleksiyasına aid Qarabağ geyimləri nümayiş olunacaq. Açıq havada keçiriləcək Moda sərgisində ilk dəfə olaraq Azərbaycanın Qarabağ bölgəsinə aid bəylərin geyimləri, zadəgan, habelə Qarabağ xanımlarının mərasim geyimləri iştirakçılara təqdim olunacaq.
Tədbir çərçivəsində “Şərqin ilk parlayan ulduzu – Azərbaycan Xalq Cümhuriyyəti” adlı fotosərgi, kitab sərgisi, habelə milli mədəniyyətimizi, adət və ənənələrimizi özündə əks etdirən stend qurulacaqdır. Sərgidə Azərbaycan suvenirləri, xalçalarımız, kəlağayılarımız nümayiş olunacaq.
Tədbirdə Səmərqənd Vilayət Hakimiyyətinin nümayəndələri, şəhərin elm, mədəniyyət, təhsil işçiləri, ali məktəblərin müəllim və tələbələri, yerli azərbaycanlılar, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak edəcəklər.
“Azərbaycan mədəniyyəti həftəsi” zamanı ölkəmizə dair zəngin kitab kolleksiyası - Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə Özbəkistanda özbək dilində çap olunmuş 50 adda kitab Səmərqənd Vilayət Mərkəzi kitabxanalarına hədiyyə ediləcəkdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.06.2018
“Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşr işıq üzü görüb
14.06.2018
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Libermanla görüşüb
14.06.2018
Aşıq Kamandar yad edilib
14.06.2018
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
13.06.2018
Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info