Avropa qitəsində medianın problemləri müzakirə edilib
Tarix: 08.06.2018 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Portuqaliyanın paytaxtı Lissabon  şəhərində Avropa Jurnalistlər Federasiyasının (AFJ)   illik toplantısı keçirilib. 05-06 iyun tarixlərində keçirilən və  40  ölkədən  EFJ-yə üzv təşkilatların  qatıldıqları toplantıda  Azərbaycandan  AFJ-nin yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı iştirak edib.
 
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, toplantıda öncə  Avropa qitəsində medianın durumu müzakirəyə çıxarılıb və AFJ prezidenti Mogens Blicher Bjerregårdın bu yöndə məruzəsi dinlənilib. AFJ prezidenti öz  məruzəsində  Avropada  media azadlığı kontekstində neqativ tendensiyaların çoxalmasından narahatlığını  qeyd edib.  
 
Moqan Bliçer bu kontekstdə ilk öncə Avropada ictimai yayımla bağlı yaranmış duruma toxunub. Bildirib ki, Polşada ictimai yayımla bağlı yaranan neqativ tendensiya, yəni, qanunlara  ictimai yayım sektoruna hökumətin geniş müdaxiləsinə şərait yaradan maddələrin artırılması ilə başlanan proseslər sonradan digər ölkələrdə də önə çıxıb. Bu proses Macarıstanda təkrarlanıb. İndi də Avstriyada ictimai yayım sektoru ciddi təhlükə ilə üzləşib. İctimai yayım sektoru maliyyə problemi ilə rastlaşıb. Hökumət onlara bu durumdan çıxmaqda yardım etmək əvəzinə, yaranmış durumdan faydalanıb ictimai yayım sektoruna hökumətin müdaxiləsi üçün şərait yaradan  şərtlər hazırlayıb və bu şərtləri qəbul etdirmək istəyir. Yaranmış tendensiya genişlənməkdə, Avropa ölkələrində ard-arda yayılmaqdadır. 
 
AFJ prezidenti bildirib ki, Avropada geniş tendensiyaya çevrilən "ictimai yayım haqqında qanunlara müdaxilə, onların pisə doğru dəyişdirilməsi” prosesi dərhal dayandırılmalıdır: "İctimai yayım sektorunun maliyyə problemləri  həll edilməlidir;  hökumətlərin ictimai yayım sektoruna geniş müdaxiləsinə yol verən qanunların qəbulu dayandırılmalıdır”. 
 
Toplantı adından Avstriyanın Avropa Birliyi, İncəsənət, Mədəniyyət və Media işləri üzrə naziri Gernot Blümelə ünvanlanmış müraciət qəbul edilib. Müraciətin mətnində Avstriya hökumətindən ictimai yayımla bağlı problemlərin dərhal aradan qaldırılması, ictimai yayım qanununa müdaxilənin dayandırılması istənilib.
Eyni zamanda,  Avropa jurnalist təşkilatlarına müraciət qəbul edilib ki, Avstriyalı həmkarları ilə həmrəylik nümayiş etdirilsin: "Həmrəy olmasaq, prosesin qarşısını ala bilməsək, Avropada ictimai yayım anlayışı tezliklə sıradan çıxacaq”
 
Toplantıda daha sonra Avropa məkanında  jurnalistlərin təhlükəsizliyi və əmək şəraitləri  müzakirəyə çıxarılıb. 
 
AFJ prezidenti bildirib ki, əmək şərtləri və təhlükəsizlik baxımından da  Avropa məkanında  durum pisləşməkdə davam edir. Əksər ölkələrdə  media,  əmək, təhlükəsizlik sahəsində qəbul edilən  qanunvericiliklərə media azadlığının məhdudlaşdırılmasına yönələn maddələr daxil edilir. 
Moqan Bliçer çıxışında xüsusi vurğulayıb ki, son illərdə  "əmək qanunlarına və media yayımını tənzimləyən qanunlara   edilən dəyişikliklər KİV qurumları sahiblərinə jurnalist kollektivləri üzərində daha artıq səlahiyyətlər verir ki, bu da jurnalistləri peşə standartlarından daha çox, sahibkarların istəklərinə uyğun davranışa sövq edir”. 
 
O, Avropa məkanında "kollektiv sövdələşmələr” mövzusuna yenidən qayıdışın, jurnalist hüquqları mövzusunun aktuallaşdırılmasının  zəruri olduğunu önə çəkib. Bu sırada  xüsusi olaraq Balkan ölkələrində media və əmək qanunvericiliyinə  edilən neqativ dəyişikliklər medianın maliyyə sıxıntılarının artması, jurnalistlərin sosial durumlarının pisləşməsi kimi proseslərə yol açıb, bu tendensiya getdikcə genişlənir və digər ölkələrə də yayılır. Toplantı adından media və əmək qanunvericiliyinə edilən neqativ dəyişikliklərin aradan qaldırılmasına çağırış ifadə edilib.
 
Jurnalistlərə qarşı təhdidlərin, hədələrin, izləmələrin artması, həbslərin çoxalması ilə yanaşı ölüm hallarında da xüsusi artım qeydə alınıb. Rusiya, Türkiyə ilə yanaşı Ukraynada da bu yöndə statistikanın artması, xüsusi narahatlıq yaradıb. Ən ciddi problem isə cəzasızlıqla bağlıdır: "Jurnalist qətlləri, təhdidlər artmaqda, buna görə cəza alanların sayı isə azalmaqdadır. Jurnalistlərə qarşı törədilmiş  cinayətlər açılmamış qalır, kimsə buna görə cəzalandırılmır”.
 
Toplantıda Avropa dövlət və hakimiyyət təmsilçilərinə müraciət qəbul edilib: "Diqqətə almaq lazımdır ki, medianın imkanları sıxışdıqca, o öz yerini  daha çox  "yalan xəbər”  və  ” nifrət dolu çıxışlar”la dolu olan sosial şəbəkələrə  verir. Bu isə hər kəs üçün zərərlidir, təhlükəlidir. Medianın imkanlarının məhdudlaşdırılmasına yönəlik hər növ fəaliyyətlər dərhal dayandırılmalıdır; medianın imkanlarının artırılması üçün fəaliyyətlər başladılmalıdır”.
Toplantıda   internetin inkişafı ilə əlaqədar olaraq ortaya çıxan problemlər də  qeyd edilib: "İnternetin sürətli inkişafı müəllif hüquqlarının qorunmasını çətinləşdirir, xəbər istehsalı zamanı etik standartın qorunması sahəsində problemləri artırır. Bu problemlərin qarşısını almaq üçün qəbul edilən qanunlar isə, bəzən əlavə problemlərə, ifadə azadlığının məhdudlaşdırılmasına yol açır”. 
 
AFJ və İFJ-yə  mövzu üzrə müvafiq təşəbbüslər hazırlamaq prosesini sürətləndirilməsi, müəllif hüquqlarını araşdıran komissiyalarının fəaliyyətinin gücləndirilməsi tövsiyə edilib.
 
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Koreya səfirliyi Xalq Cümhuriyyətinin 100 illiyinə aid diplomatiya seminarı keçirəcək
25.06.2018
“Ərdoğan ədalətli və rəqabətli mübarizədə qalib gəldi”
25.06.2018
Türkiyə bütün dünyaya demokratiya dərsi verdi
24.06.2018
Türkiyə ictimaiyyəti Rəcəb Tayyib Ərdoğan və AKP-nin möhtəşəm qələbəsini böyük coşqu ilə qarşılayıb
24.06.2018
MHP sədri Rəcəb Tayyib Ərdoğanı möhtəşəm qələbə münasibətilə təbrik edib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9460

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info