Neftçala Avtomobil Zavodunun avtomobilləri satışa çıxarılır
Tarix: 08.06.2018 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Bu aydan Neftçala Avtomobil Zavodunun istehsal etdiyi “Khazar” avtomobilləri satışa çıxarılacaq.
 
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Neftçala Sənaye Məhəlləsində ən iri müəssisə olan “Khazar” Avtomobil Zavodunda istehsal olunan avtomobillərin təqdimatı keçirilib.
 
Tədbirdə “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib ki, bu ilin mart ayının 29-da Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani tərəfindən Azərbaycan-İran biznes forumu çərçivəsində açılışı olmuş “Khazar” Avtomobil Zavodu regionun inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artmasında, Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsində, eləcə də bir sıra köməkçi istehsal və xidmət sahələrinin inkişafında əhəmiyyətlidir. Zavodda istehsal olunan avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur və “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq.
 
Qeyd edilib ki, zavodun illik istehsal gücü 10 min avtomobildir. Bu ilin sonunadək zavodda hər ay orta hesabla 60 ədəd “Khazar” LD və 100 ədəd “Khazar” SD modellərindən olan  avtomobillər istehsal olunacaq. Ümumilikdə, 2018-ci ilin sonunadək 1500, 2019-cu ildə 3000, 2020-ci ildə isə 5000 ədəd avtomobilin istehsalı planlaşdırılır. İstehsal olunan avtomobillər ilkin olaraq Bakı şəhərinin Badamdar qəsəbəsində yerləşən Avtomobil Satış Mərkəzində satışa çıxarılacaq. Bir müddət sonra isə paytaxtın digər yerlərində, eləcə də regionlarda satış mərkəzlərinin açılması nəzərdə tutulur.
 
“Khazar” SD avtomobillərinin qiyməti 16 min manat, “Khazar” LD avtomobillərinin qiyməti isə 18 min manatdır. Bu avtomobilləri nağd, köçürmə və 20% ilkin ödəniş etməklə 4 il müddətinə lizinq yolu ilə də əldə etmək olar.
 
Tədbirdə o da diqqətə çatdırılıb ki, artıq İqtisadiyyat, Vergilər, Energetika nazirlikləri, Milli Məclisin Aparatı, Mərkəzi Seçki Komissiyası və digər dövlət qurumları “Khazar” avtomobillərinin alınması məqsədilə “Azərmaş” ASC-yə müraciət ediblər. Əhali arasında da bu avtomobillərə böyük maraq müşahidə olunur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Prezident Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
12.12.2018
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12.12.2018
PAŞA Bank “The Banker” tərəfindən “İlin Bankı” adına layiq görüldü
11.12.2018
Bakı NATO-Rusiya formatında görüşün keçirilməsi üçün tam münasib məkandır
11.12.2018
Prezident Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinə 30 milyon manat ayırıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info